Azərbaycanla ABŞ arasında ikitərəfli “Açıq Səma Sazişi” imzalanıb
07.04.2016 [10:07]
Aprelin 6-da Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava nəqlıyyatı haqqında” Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə “Açıq Səma Sazişi”ni (“Open Skies Agreement”) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.
Sənədin imzalanmasını Azərbaycan mülki aviasiyası tarixində önəmli hadisə adlandıran Cahangir Əsgərov bildirib ki, sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək, Azərbaycan Respublikasına və Amerika Birləşmiş Ştatlarına məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.
“Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublika mülki aviasiyasının inkişafına hər zaman diqqət yetirir. Onun daimi qayğı və dəstəyinin nəticəsi olaraq hava gəmiləri parkımız tamamilə yenilənib: A-319, A-320, A-340, B-767, Boeing-767, Boeing 747-8F, Embraer və Boeing-787-”Dreamliner” tipli ən müasir təyyarələr alınıb. Bütün bunlar bizə uzaq məsafəli uçuşların sayını artırmağa imkan yaradıb”, - deyə AZAL-ın prezidenti qeyd edib.
“Azərbaycan Hava Yolları” tərəfindən Nyu-Yorka müntəzəm uçuşların 2014-cü il sentyabrın 23-dən həyata keçirildiyini xatırladan C.Əsgərov bildirib ki, bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənib və Azərbaycana Aviasiya təhlükəsizliyi üzrə “1-ci Kateqoriya” verilib. “Bunun nəticəsi olaraq biz bu gün “Açıq Səma” Sazişini imzaladıq”, - deyə Cahangir Əsgərov vurğulayıb.
İmzalanma mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sazişi ölkələrimiz arasında əlaqələrin irəliləməsi üçün çox vacib sənəd adlandırıb: “Bu imzalanma Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən sonra baş verir. Saziş ölkələrimiz arasında əlaqələrdə irəliyə doğru atılmış çox vacib sənəddir. O, ABŞ-la Azərbaycan arasında bir körpü yaradacaq”.
İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

