SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında daha bir horizontal quyuda qazma işlərini uğurla başa vurub
08.03.2016 [10:16]
SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında daha bir horizontal quyuda qazma işlərini uğurla başa vurub. Müəssisə 25 saylı quyunun tikintisi işlərini yekunlaşdırıb. Məlumat üçün bildirək ki, layihə dərinliyi 890 m olan 25 saylı quyunun qazılmasına 11 fevral 2016-cı il tarixində başlanıb. Faktiki dərinliyi 840 m təşkil edən quyu qazılması cari ilin 2 mart tarixində yekunlaşıb. Quyu Qırmaki Dəstə-3 (QD-3) horizontuna maksimum 62 dərəcə bucaq altında qazılıb. Qeyd edək ki, 25 saylı quyuya 7 düymə istismar kəməri endirilib, 720 metrdən 840 metrə qazılmış açıq lüləyə isə 4,5 düyüm yüksək keyfiyyətli süzgəclər buraxılıb. Bu süzgəclərin quyuya buraxılması quyu məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və stabil hasilatın bərpasına təkan verəcək.
20 saylı stasionar dəniz özülünün qurğu rəisi Səyavuş Abdullayev “Qərbi Abşeron” yatağında açıq sonluqlu istismar quyusunun qazılmasına münasibət bildirərək qeyd edib ki, quyuların iqtisadi səmərəli və vaxtından tez qazılması, həqiqətən, təqdirəlayiq haldır: “Biz 20 saylı özüldə artıq 4-cü quyunu tamamlayaraq sifarişçiyə təhvil verdik. Qazma briqadamız getdikcə özüldə quraşdırılan həm yeni texnika və texnologiyaları daha yaxşı mənimsəyir, həm də əldə edilən zəngin təcrübəni digər quyuların qazılmasında uğurla tətbiq edir. Belə ki, qazma vaxtı təzyiqin ölçülməsi (PWD) və məhlulun ekvivalent dövran sıxlığı (ECD) vasitəsilə biz məhlulun yaratdığı hidrostatik təzyiqi normada saxlayaraq hidravlik yarılmanın qarşısını alırıq. Bununla yanaşı, müəssisə olaraq qazma vaxtı karotaj-ölçü işlərinin aparılması (LWD) və Geopilot avadanlığından istifadə etməyimiz bizim yeni uğurlar silsiləsindəndir. Geofiziki işlərin köməyilə biz quyunun layihə dərinliyini dəqiqləşdirib seksiyaların yerini müəyyənləşdirə bilirik. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bizimlə yanaşı, sifarişçi şirkətin əməkdaşları da öz iş otaqlarından qazma vaxtı laylarda gedən prosesləri anbaan izləyə bilirlər”.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Xatırladaq ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və “Ümid” yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda, “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. SOCAR-AQŞ API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

