/ / Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi istifadəyə verilib
Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi istifadəyə verilib
18.02.2016 [10:23]
Fevralın 17-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, QKDK-ın aparat rəhbəri Bəxtiyar Əzizov qeyd edib ki, “Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sistemi” “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və ondan irəli gələn normativ hüquqi aktlara uyğun hazırlanıb. Sistemin yaradılması “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Bu komponentin əsas məqsədləri bazar iştirakçıları arasında elektron interfeysin yaradılması, bazarın işləmə səmərəliliyinin artırılması və risklərin idarə olunması proseslərinin təkmilləşdirilməsindən ibarətdir.
B.Əzizov diqqətə çatdırıb ki, 2014-cü ildə bu layihə çərçivəsində adı çəkilən sistemin satınalınması prosesi həyata keçirilib və tenderdə bir çox ölkələrdən 22 şirkət iştirak edib. Prosesin qalibi “Koreya Fond Birjası” elan olunub və ötən ilin fevralında bu şirkətdə Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin yaradılması ilə bağlı layihə planı imzalanaraq işlərə start verilib. Əldə olunan razılığa əsasən, Koreya Birjasının 40-a yaxın nümayəndə heyəti ötən ilin dekabrından Bakıda işçi səfərdədir.
“İstifadəyə verilən sistem funksionallığı, iş prinsipi, elektron interfeysi, yeni ticarət imkanları baxımından əvvəlkindən fərqlənir. Yeni sistem Azərbaycan fond bazarının inkişafına təkan verəcək yeni alətlərlə ticarət imkanı yaradır. Eyni zamanda, bazarın gələcək inkişaf perspektivlərini nəzərə alaraq, bazar iştirakçılarına dünyada bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar əsasında yaradılmış təhlükəsiz və yüksək sürətli ticarət imkanları təqdim edir. İstifadə edilmiş qabaqcıl texnologiyalar sayəsində investisiya şirkətləri gələcəkdə müştərilər üçün bilavasitə ticarətdə iştirak imkanları - investor terminalları yarada biləcəklər. Bakı Fond Birjasının yeni ticarət sistemi Azərbaycan fond bazarının inkişafına təkan verəcək yeni alətlərin ticarəti imkanı yaradır”, - deyə aparat rəhbəri vurğulayıb.
Hər iki ölkə arasında əməkdaşlıq potensialının çox böyük olduğunu deyən Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin istifadəyə verilməsinin gələcəkdə Azərbaycan və Koreya arasında informasiya texnologiyaları və biznes sektoru sahəsində əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini deyib.
“Azərbaycan regionda kapital bazarının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirən ən qabaqcıl ölkədir. Yeni sistemin istifadəyə verilməsi Azərbaycana yeni investisiyaların yatırılmasına şərait yaradacaq, həmçinin yerli şirkətlər də beynəlxalq kapital bazarına çıxış imkanı əldə edəcək. Biz Dünya Bankı olaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün islahatların keçirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməyə hazırıq”, - deyə Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Prigojina qeyd edib.
Koreya Birjasının daimi nəzarət müfəttişi Yanq Sanq Kvon gələcəkdə də bu sahədə əməkdaşlığı davam etdirəcəklərini və biznes imkanlarının yaranmasına öz töhfələrini verəcəklərini vurğulayıb.
Tədbir çərçivəsində qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin qurulması ilə məşğul olan işçi qrup mükafatlandırılıb.
Rəsmi hissədən sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və Koreya Birjasının daimi nəzarət müfəttişi Yanq Sanq Kvonun iştirakı ilə yeni sistem istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

