“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumu keçirilib
11.02.2016 [09:57]
Sahib Ələkbərov: Azərbaycanda vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti üçün cəlbedicidir, vergi yükü rəqabətədavamlıdır
Fevralın 10-da Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumu keçirilib. Forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.
Forumda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir. Bu davamlı inkişafın və iqtisadi dayanıqlılığın təmin olunmasının əsasında, ilk növbədə, Azərbaycanda yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır.
Ötən il vergi proqnozuna 100,1 faiz əməl edilib, büdcəyə 7 milyard manatdan çox vergi toplanıb
Qeyd olunub ki, dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə ölkəmizdə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artıb. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, MDB məkanında ən yaxşı göstəricidir: “Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə möhkəmlənir. Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin yüksək kürsülərindən çıxış edərək, ölkəmizin inkişaf təcrübəsi barədə danışması, dünyada cərəyan edən proseslərə Azərbaycanın baxışlarını, mövqeyini açıqlaması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Davosda keçirilən Dünya İqtisadi Forumunda istər “Yeni enerji tarazlığı” mövzusundakı sessiyada, istərsə də dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusundakı qeyri-rəsmi toplantısında cənab İlham Əliyevin çıxışları, Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən Suriya məsələsi ilə bağlı beynəlxalq konfransda iştirak üçün Azərbaycan Prezidentinin Londona dəvət olunması da Azərbaycanın dünyada sabitliyin bərqərar olmasına töhfələr verə biləcək fəal tərəfdaşlardan biri olduğunun dünya birliyi tərəfindən qəbul edilməsinin təzahürüdür”.
“Son vaxtlar dünyanın bir çox ölkələrində, o cümlədən bizimlə qonşu olan ölkələrdə çox ciddi proseslər getdiyinin şahidiyik. Dünya enerji bazarında qeyri-sabitliyin hökm sürməsi, bir ildə neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi, təbiidir ki, bütövlükdə Azərbaycana, o cümlədən Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən mənfi təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl olunub, büdcəyə 7 milyard 118,2 milyon manat vergi toplanıb. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70 faizdən çox olub”, - deyə nazir müavini əlavə edib.
Regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb
Sahib Ələkbərov çıxışında onu da deyib ki, Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, yeni iş yerlərinin yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait daxil olub.
“Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə ciddi iqtisadi islahatların aparılacağını bəyan edib, dünyada və regionda baş verən hadisələrin yaratdığı fəsadların Azərbaycana təsirinin minimuma endirilməsi üçün yaranmış yeni iqtisadi şəraitdə daha səmərəli işləməyi və iqtisadi inkişaf templərini daxili resurslar, o cümlədən struktur layihələri hesabına təmin etməyi tapşırıb. 2016-cı il üçün prioritetlər də artıq bəyan edilib: İqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı” - deyən Sahib Ələkbərov əlavə edib ki, ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verilən mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.
Ölkə başçısı həm dövlət orqanları, həm də sahibkarlar qarşısında konkret vəzifələr qoyub
Onun sözlərinə görə, Azərbaycanda vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti üçün cəlbedicidir, vergi yükü rəqabətədavamlıdır. Çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün müvafiq vergi qanunvericiliyi bazası yaradılıb, ölkəmizin uzunmüddətli strateji inkişaf planlarının məqsədlərinə cavab verən sabit vergi sistemi formalaşdırılıb.
Sahib Ələkbərov sonda onu da qeyd edib ki, ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, cari ildə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb və komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı çox ciddi işlər həyata keçirilir: “Dövlət üzərinə düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, vətəndaşlarımızı dünyadakı böhranların neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və təbiidir ki, bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərinə mühüm vəzifələr düşür. Sahibkarlar da, öz növbəsində, vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməli, uçotlarını düzgün aparmalı, vergidən yayınma hallarına yol verməməlidirlər. Ölkə başçısı həm dövlət orqanları, həm də sahibkarlar qarşısında çox konkret vəzifələr qoyub. Bizim borcumuz isə bu vəzifələrin yerinə yetirilməsini təmin etməkdir”.
Vergi sistemində həyata keçirilən islahatlar müsbət nəticələr verir
Sonra Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko çıxış edərək, Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə Vergi Forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına bilavasitə təsir göstərir.
Forumda açıq dialoq şəraitində keçən müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan-Estoniya Ticarət Palatasının və “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe, Vergilər, İqtisadiyyat, Maliyyə nazirliklərinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ekspertlər, beynəlxalq auditor şirkətlərinin nümayəndələri, sahibkarlar və onların ictimai birliklərinin təmsilçiləri çıxış edərək ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüb, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər.
Sonda Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Forum iştirakçılarının, sahibkarların çoxsaylı suallarını da cavablandırıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

