Azərbaycanda üzən məzənnə siyasətinin tətbiqinə başlanıb
22.12.2015 [09:48]
Qlobal miqyasda yaranmış şərait ölkənin valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti ölkədə dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub. Verilən məlumata əsasən, dekabrın 21-də dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63 faiz və ya 0,501 manat artaraq 1,5500 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, avrozonanın vahid valyutası da 47,88 faiz və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
Üzən məzənnə siyasətinə keçid ciddi qlobal amillərlə şərtlənir
Yeni məzənnə siyasətinə keçid daxili amillərlə şərtlənmir. Məlumdur ki, hazırda qlobal miqyasda arzuolunmaz proseslər müşahidə edilir. Bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə böhranının fəsadları tam aradan qaldırılmamış dünyada yeni kataklizmlər baş qaldırıb. Bir sıra ölkələr qlobal risklərin təsiri qarşısında, sadəcə, gücsüz qalaraq öz investisiya proqramlarından, o cümlədən də sosial layihələrindən imtina etmək məcburiyyətində qalıblar. Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu ardıcıl olaraq azalmağa doğru dəyişib. İndiki şəraitdə iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.
Azərbaycan Mərkəzi Bankının yaydığı bəyanatda bildirilir ki, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.
Qlobal məkanda baş verən proseslər dünyaya açıq olan respublikamızda da mütləq nəzərə alınmalıdır
Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan qapalı ölkə deyil, respublikamız son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir.
Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Dünya miqyasında baş verən proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. AMB-nin yaydığı bəyanatda vurğulanır ki, ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub.
Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb.
“Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib”, - deyə AMB-nin bəyanatında vurğulanır.
Bəyanatda bildirilir ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib: “Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir”.
Eyni zamanda, bank-maliyyə sektorunun sabitliyinin təmin olunması məqsədilə kompleks tədbirlər görülməsi nəzərdə tutulur
Üzən məzənnə siyasətinə keçilməsi, öz növbəsində, müvafiq qurumlar tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və bank-maliyyə sisteminin sabitliyinin və likvidliyinin təmin olunması baxımından prevantiv tədbirlərin görülməsi zəruriliyini gündəmə gətirir. İndiki şəraitdə əhali arasında geniş izahat işi aparılması, istehlak bazarında süni qiymət artımının qarşısının alınması kimi məsələlərlə yanaşı, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi, eyni zamanda, bankların likvidliyinin təmin olunması kifayət qədər aktualdır. Ekspertlər üzən məzənnə siyasətinə keçilməsini zərurət kimi dəyərləndirməklə yanaşı, bunun nəticəsində yarana biləcək fəsadları da minimuma endirmək baxımından uyğun tədbirlərin görülməsini zəruri hesab edirlər. Yeri gəlmişkən, Mərkəzi Bankın bəyanatında da bəhs olunan istiqamətdə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb: “Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlılüığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

