Səbail rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib
28.11.2015 [11:18]
Səbail rayon İcra Hakimiyyətində Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı, ilk növbədə, sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb. Ölkə başçısı İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Eldar Əzizov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanıb.
Keçirilən görüşün də əsas məqsədinin neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, rayon əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar zamanın tələbinə uyğun işləməlidirlər. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq.
İcra başçısı gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin bu günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə edib. Bildirilib ki, bu ərazilərdəki sahibkarlıq obyektləri şəhərin mərkəz hissəsindəki obyektlərdən öz görünüşü, dizaynı ilə kəskin fərqlənir, müasirlikdən çox geridə qalır və artıq yeniləşən və gözəlləşən ərazidə uyğunsuzluq yaradır. Eldar Əzizov RİH tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidən qurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd edib.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlər yerindəcə həll olunub.
Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməklik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

