/ / Oktyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub
Oktyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub
18.11.2015 [10:09]
Natiq Əmirov: 2015-ci ilin 10 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,1 faiz əməl edilib
Dünən Vergilər Nazirliyində vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Natiq Əmirov 2015-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqların icra vəziyyəti və cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında nazir müavini bildirib ki, 2015-ci ilin 10 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,1 faiz əməl edilib: “Təkcə oktyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub”.
Vergi orqanlarında həyata keçirilən islahatlara da toxunan Natiq Əmirov cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirib.
Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən olunmuş proqnoz göstəricilərinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir müavini kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin daha çox tərəfdaş kimi çıxış etməyə çalışdığını, bu qəbildən olan vergi ödəyicilərində aparılan yoxlamaların sayının minimuma endirilməsi üçün tədbirlərin görüldüyünü vurğulayıb.
O da qeyd olunub ki, ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışı və orada verilmiş tapşırıqlara uyğun olaraq, Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) dayandırılıb. Vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin artırılması, kiçik və orta sahibkarlara göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli göstərilməsi, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, keçirilmiş səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin nəticələri üzrə aktların təhlil edilməsi, əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.
Eyni zamanda, Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi iqtisadi təhlillər aparılaraq, müvafiq dövlət orqanlarına konkret təkliflər verilib, Vergi Məcəlləsində müvafiq dəyişikliklər aparılması məsələsi Milli Məclisdə müzakirə olunaraq qəbul olunmuş Qanun imzalanmaq üçün ölkə başçısına təqdim edilib.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin kifayət qədər çətin və mürəkkəb olduğunu qeyd edən nazirin birinci müavini vurğulayıb ki, Prezidentin Vergilər Nazirliyinə verdiyi tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.
Sonda N.Əmirov vergi orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində, yüksək vergi mədəniyyətinin formalaşmasında və vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərini qınaq obyektinə çevirərək bu məsələləri daim diqqətdə saxlayan KİV nümayəndələrinin müsbət rolunu xüsusilə vurğulayaraq onlara Vergilər Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib, həmçinin, KİV nümayəndələrinin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23

