Dünya İslam İqtisadi Forumunda Azərbaycanın uğurları xüsusi qeyd edilib
05.11.2015 [10:27]
Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 11-ci Dünya İslam İqtisadi Forumunda (WIEF) Azərbaycanın uğurları xüsusi qeyd edilib.
Forumda Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Açılış nitqi ilə çıxış edən Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Forumun müsəlman və qeyri-müsəlman ölkələri arasında iqtisadi inkişafa dəstək verilməsi, Cənubi-Şərqi Asiya ölkələrinin digər dünya dövlətləri, xüsusilə də müsəlman ölkələri ilə inteqrasiyasının gücləndirilməsi, həmçinin dünya müsəlmanları arasında elmi bilik mübadiləsi və əməkdaşlığın artırılması istiqamətində fürsət olduğunu bildirib.
Azərbaycan haqqında danışan Baş nazir ölkəmizdə olduğunu bildirərək, tədbir iştirakçılarına bu gözəl ölkəyə səfər etməyi məsləhət görüb. O, Azərbaycanın müsəlman dünyası ilə Avropa arasında bir körpü olduğunu qeyd edərək digər ölkələri bundan faydalanmağa çağırıb. Baş nazir mövcud qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın davamlı inkişaf edən və nüfuzlu müsəlman ölkələrindən biri olduğunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov müsəlman dünyasında yeni əməkdaşlıq imkanları açan belə mötəbər tədbirdə Azərbaycanın ilk dəfə iştirak etdiyini diqqətə çatdırıb, əməkdaşlığın yeni imkanlarının araşdırılması baxımından forumun qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə toplantı iştirakçılarına məlumat verən Y.Eyyubov Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunduğunu, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan ordusunun işğal olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnamə qəbul olunmasına baxmayaraq, hələ də bu sənədlərin icra olunmadığını vurğulayıb.
Baş nazirin birinci müavini İƏT-ə üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyinə göstərdikləri dəstəyə, Azərbaycan ərazilərinin işğalını pisləyən və Ermənistan hərbi qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrin qəbuluna görə təşəkkürünü bildirib. İslam dünyası ilə mədəni və tarixi bağlılığa malik Azərbaycanın xarici siyasətində müsəlman ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin prioritet təşkil etdiyini vurğulayıb.
Forum çərçivəsində noyabrın 4-də Yaqub Eyyubov Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

