İnsan resurslarının idarə edilməsi sahəsində Fransa təcrübəsi öyrənilir
30.10.2015 [10:25]
Vergilər Nazirliyinin nümayəndə heyəti “Fransa Respublikası Dövlət Baş Maliyyə Direktorluğunun insan resursları üzrə idarəetmə işinin təşkili” mövzusunda keçirilən tədbirdə iştirak etmək üçün bu ölkədə səfərdə olub
Bu günlərdə Vergilər Nazirliyinin nümayəndə heyəti “Fransa Respublikası Dövlət Baş Maliyyə Direktorluğunun insan resursları üzrə idarəetmə işinin təşkili” mövzusunda keçirilən tədbirdə iştirak etmək üçün bu ölkədə səfərdə olub. “İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində keçirilən tədbirlərdə təcrübə mübadiləsinin artırılması və digər məsələlər müzakirə edilib. Bu barədə nümayəndə heyətinin rəhbəri, vergilər nazirinin elektron audit, insan resursları və informasiya texnologiyaları sahələrinin modernizasiyası məsələləri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədov məlumat verib.
Asəf Əsədov qeyd edib ki, səfərdə başlıca məqsəd Tvinninq layihəsinə uyğun olaraq insan resurslarının inkişafı üzrə Vergilər Nazirliyinin yeni strategiyasının və fəaliyyət planının hazırlanması, daxili qaydaların və digər normativ aktların təkmilləşdirilməsi, dayanıqlı tədris-təlim sisteminin yaradılması və tətbiqi, dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində Fransa Respublikasının təcrübəsinin öyrənilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması idi: “Parisdə Fransanın Dövlət Baş Maliyyə Direktorluğunda, Dövlət Maliyyəsi üzrə Milli Məktəbdə, direktorluğun Orlean ərazi idarəsində, Növer şəhərində yerləşən Milli Təlim Mərkəzində (ENFiP) keçirilən görüşlərdə vergi işçilərinin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlar, işçilərin karyerasının idarə edilməsi, o cümlədən onların xidməti fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə yüksəlişi, rotasiyası və motivasiyası, əməkhaqqı sistemi və onun komponentləri, vergi işçilərinin etik davranış qaydaları, menecer qrupuna dəstək və menecerlərin müşayiət edilməsi sistemi, insan resurslarının idarə edilməsi üzrə cari vəziyyət, mövcud çətinliklər və gələcək hədəflər, tədris-təlim sistemi və bu sahədə istifadə edilən texniki alətlər - proqram təminatı ilə ətraflı tanış olduq”.
Asəf Əsədov səfər zamanı həmçinin Fransada vergi orqanlarına işə qəbul, işə qəbul edilmiş əməkdaşların ilkin hazırlıq prosesi, işçilər üçün ixtisasartırma tədbirlərinin həyata keçirilməsi, Fransada dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi və işçilərin əməkhaqqı sistemi barədə də dolğun məlumatın əldə olunduğunu deyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

