SOCAR-AQŞ Neftçilər Gününü təntənə ilə qeyd edib
22.09.2015 [10:18]
SOCAR-AQŞ Neftçilər Günü münasibəti ilə “Bakı Nobel İrsi Fondu”nda xüsusi tədbir keçirib. Mərasimdə müəssisənin inkişafında göstərdikləri xüsusi xidmətlərinə görə bir qrup əməkdaş müəssisə rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub və onlara xatirə hədiyyələri təqdim edilib.
Bununla yanaşı, SOCAR-AQŞ neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri Eltun Sadıqov və Azad Xankişiyevə müəssisənin 2015-2016-cı tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb. Tədrisdə yüksək nailiyyət, nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək SOCAR-AQŞ təqaüdünün qalibi olmaq şansını əldə ediblər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhsil və sənaye müəssisələrinin rəhbərləri və beynəlxalq neft-qaz şirkətlərinin məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-AQŞ yarandığı gündən gənc milli kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşır. “Bu gün gələcəyin 2 qazma mühəndisinə Tələbə Təqaüdünün verilməsi qərarının açıqlanması hər bir yerli müəssisə üçün örnək olmalıdır. Bu cür layihələr gəncləri həvəsləndirir, onları daha məsuliyyətli olmağa sövq edir və ən əsası işlə təmin olunmaq ehtimallarını çox asanlaşdırır”.
Daha sonra Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, yerli müəssisələrin inkişafı bizləri sevindirməyə bilməz: “SOCAR-AQŞ-nin timsalında biz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli neft strategiyasının bəhrələrini görürük. Müəssisənin milli qazma sənayesinə verdiyi töhfələr bizdə çox xoş təəssürat yaratdı. Bununla yanaşı, bu gün 2 gənc tələbəyə verilən qiymət, onların bilik və bacarıqlarının artırılması və gələcəkdə peşəkar kadr kimi yetişmələri üçün SOCAR-AQŞ-nin atdığı addım çox təqdirəlayiqdir”.
Sonda çıxış edən SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev deyib ki, SOCAR-AQŞ işçilərini özünün əsas sərvəti hesab edir. “Müəssisə yarandığı ilk illərdən indiyə kimi Azərbaycan qazma sənayesinin inkişafına önəmli töhfələr verir. Eyni zamanda, milli qazma müəssisələri sırasında yeniliklərə imza atan, yeni texnika və texnologiyaların uğurlu tətbiqi ilə daim öndə olmağı özünün prioriteti hesab edən SOCAR-AQŞ uğurlarını məhz peşəkar və təşəbbüskar kadr potensialının hesabına reallaşdırır. Müəssisə rəhbərliyi kadrların inkişafını daim diqqətdə saxlayır, onların bilik və bacarıqlarının artırılması üçün səylərini gücləndirir və eyni zamanda, müəssisənin inkişafında göstərdikləri xüsusi xidmətlərini hər zaman qiymətləndirir”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

