Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir
10.09.2015 [10:09]
Sentyabrın 9-da Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərində Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu işinə başlayıb. İldə bir dəfə keçirilən IOTA-nın Təlim Forumu 10 ildən artıqdır ki, mövcuddur və sonuncu belə forum 2014-cü ilin 7-9 may tarixlərində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində keçirilib. IOTA-nın digər forumlarından fərqli olaraq Təlim Forumu vergi administrasiyalarının dolayısı ilə bütün fəaliyyət istiqamətlərini əhatə edir.
Təlim Forumunun işinin təşkili məqsədilə yaradılmış Rəhbər Qrupunun tərkibinə onun fəaliyyətinə cəlb edilmiş üzv dövlətlərin mütəxəssisləri daxildir. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Təlim Forumu 2015-2016-cı illərdə yeni başlıq altında - Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu adı ilə fəaliyyətini davam etdirməkdədir. Forumun prioritet sahələrinə elektron tədris və mobil tədris, smartfon, tablet və dizüstü kompüterlərdən istifadə, sosial tədris və sosial şəbəkələrdən istifadə, beynəlxalq müstəvidə əməkdaşlıq, akkreditasiya və vergi peşəkarlığı daxildir.
Forumun əsas məqsədi vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaratmaqdır.
Azərbaycanın ev sahibliyi etdiyi forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edib. Forumun ilk günü İsveç, Macarıstan, Niderland və İtaliya vergi administrasiyaları nümayəndələrinin təqdimatları nümayiş olunub.
Forum zamanı iştirakçılar təlimin səmərəliliyini qiymətləndirmək, məktəblərdə vergi təhsili ilə bağlı proqramların və layihələrin tətbiqini təhlil etmək imkanı əldə edəcəklər. Həmçinin forumda vebinarlardan (veb seminar) istifadə, virtual təlim, peşəkar tədris və inkişafa dair video təlimatlar kimi mühüm məsələlər müzakirə ediləcək. Üç gün davam edəcək forumun ilk və son günü Bakı şəhərində, ikinci günü isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

