Azərbaycanın gömrük xidmətinin RİLO-Moskva ilə əməkdaşlığı ilbəil genişlənir
09.09.2015 [10:15]
Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan iclasda Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-Ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri iştirak edir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev iclas iştirakçılarının nəzərinə çatdırıb ki, respublikanın gömrük xidmətinin RİLO-Moskva ilə hüquqi, gömrük qanun pozuntularına qarşı mübarizə, eləcə də, təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.
Gömrük qanunlarının pozulması və qaçaqmalçılıqla mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Ə.Abdullayev deyib ki, yalnız qarşılıqlı əlaqələrin gücləndirilməsi, ümumi yanaşma və uğurlu strategiya sayəsində bu sahədə arzuolunan nəticələrə nail olmaq mümkündür. Dövlət Gömrük Komitəsi sədrinin müavini belə mühüm tədbirlərin regiondakı mövcud durumun dərindən öyrənilməsində xüsusi əhəmiyyət kəsb etdiyini, bununla da iştirakçı ölkələr arasında əməkdaşlığın daha effektiv və hərtərəfli olacağına əminliyini vurğulayıb.
RILO-Moskvanın direktoru Oleq Bakanov təmsil etdiyi qurumun fəaliyyətindən söz açıb. Bildirib ki, RILO-Moskvanın qarşısında duran əsas vəzifələrdən biri də gömrük sahəsində hüquqi qanun pozuntuları barədə informasiyanın ötürülməsi, yoxlama mexanizmi və realizə edilməsi, analitik işlərin təşkilidir.
İclasın birinci iş günündə “RILO-Moskvanın fəaliyyətinin yekunları barədə”, “ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri”, “RILO-Seulun fəaliyyəti barədə”, “Yaxın Şərq ölkələri üzrə RILO-nun fəaliyyəti barədə”, “Qabaqlayıcı xarakterli hüquq mühafizə məlumatının mübadiləsi məqsədilə CENcomm əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə” və digər mövzularda məruzələr dinlənilib.
Sonra iclasda RILO-Moskvanın CENcomm gömrük əməliyyat-kommunikasiya platforması haqqında Əsasnamə layihəsinin razılaşdırılması, həmçinin RILO-Moskva milli əlaqələndirmə qovşaqları arasında, RILO-Moskva və digər RILO-lar arasında CENcomm şəbəkəsi üzrə qabaqlayıcı xarakterli məlumat mübadiləsinin təşkilinin mümkünlüyünün müzakirəsi aparılıb.
Eyni zamanda, RILO-Ər-Riyad və RILO-Moskva arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Sentyabrın 9-da isə iclasda gömrük xidmətlərinin hüquq mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün iş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə ediləcək.
Həmin gün iclas yekun qərarların qəbul edilməsi ilə işini başa vuracaq.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

