Vergilər Nazirliyi informasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikata layiq görülüb
20.08.2015 [09:45]
Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi ilə bağlı ötən ilin sonlarından başlayaraq gərgin və böyük həcmli işlər həyata keçirib. Bunun nəticəsi olaraq, Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması üçün zəruri olan sertifikasiyanı keçərək 10 avqust 2015-ci il tarixində 3 il müddətinə müvafiq sertifikatı alıb.
Vergilər Nazirliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında “AzStandartİNFORM” MMC arasında ötən ilin dekabrında bağlanmış satınalma müqaviləsinə uyğun olaraq, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının tətbiqi üzrə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) mütəxəssislərinin iştirakı ilə Vergilər Nazirliyinin müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinə təlimlər keçirilib. Treninqlərdə iştirakçılar informasiya təhlükəsizliyinin idarə edilməsinin forma və metodları, sənədləşmə qaydaları, informasiya təhlükəsizliyinin təmini səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə daxili auditin keçirilməsi qaydalarını mənimsəyiblər. Beynəlxalq standartın tələblərinə uyğun olaraq cari ilin fevral ayından başlayaraq aidiyyəti sənədlərin hazırlanmasına başlanılıb, bu məqsədlə ekspertlər tərəfindən Plan - “İSO/İEC 27001 standartı üzrə “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”nin işlənib hazırlanması və tətbiqi üçün Texniki tapşırığ”ın layihəsi və 31 sayda normativ sənəd hazırlanıb. Hazırlanmış layihələrdə informasiya təhlükəsizliyinin idarə olunması prosesində iştirak edən şəxslərin hüquq və vəzifələri, onlara dair tələblər, habelə bu tələb və qaydaların həyata keçirilməsi mexanizmləri daha da təkmilləşdirilib ki, bu da Vergilər Nazirliyində informasiya təhlükəsizliyi üzrə idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq standartın tətbiq edilməsi informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanın, siyasətin və kompleks tələblərin, informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində cavabdehlik və vəzifələrin bölüşdürülməsi ilə bağlı tələblərin, habelə vergi orqanlarının vəzifəli şəxslərinin öhdəliklərinin, müəyyən edilmiş qaydaların və normaların vəzifəli şəxslər, struktur bölmələri və vahidləri tərəfindən yerinə yetirilməsi səviyyəsinin müəyyən olunmasına imkan verir.
Xatırladaq ki, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartı dünyada informasiya təhlükəsizliyi sahəsində ən yüksək və ən çətin sertifikasiya prosesinə malik olan standartdır və Vergilər Nazirliyi respublikamızda mərkəzi icra hakimiyyəti orqanları arasında bu institutun sertifikatını alan yeganə dövlət qurumudur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

