Cari mövsümdə respublikamızda taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisi qeydə alınıb
15.08.2015 [11:02]
Murtuzəli Hacıyev: Bu tarixədək taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən, buğda üzrə 33,8 faiz yüksəkdir
“Hazırda ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı istiqamətində mühüm tədbirlər görülür”. Bunu qəzetimizə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, ölkədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən artıq bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Görülən işlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, indiyədək 892253 hektarda dən və yaşıl yem, o cümlədən, 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib ki, onun da 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib”.
Ölkədə aparılan aqrar siyasətin bölgələrdə geniş təbliğ edildiyini bildirən və əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı istiqamətində görülən işlərdən danışan Murtuzəli Hacıyev kənd təsərrüfatı məhsullarının becərmə texnologiyalarına əməl olunması, istehsalın artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə regionlarda texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Mövsümi işlərin aparılması ilə bağlı texniki təminatda hər hansı bir problemin olmadığını deyən Murtuzəli Hacıyev hazırda “Aqrolizinq” ASC və özəl qurumlarda mövcud olan texnikalardan istifadə edildiyini bildirib. Bununla belə, bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın azalması və ya əkinlərin tamamilə məhv olması nəticəsində maddi zərər çəkmiş fermerlərin toxum təminatında müəyyən problemlərin yarandığını deyən mətbuat xidmətinin rəhbəri hazırda bu istiqamətdə nazirlik tərəfindən müvafiq işlərin həyata keçirildiyini bildirib: “Rayonlardan toxum təminatı ilə bağlı yaranmış çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar dövlətimizin başçısının göstərişinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2850 min manat dəyərində 6654,2 ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub. Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə də diqqət artırılıb. Bundan başqa, bu ilin məhsulu üçün 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı, 18778 hektarda pambıq, 10683 hektarda dən üçün günəbaxan, 1362 hektarda tütün, 60974 hektarda kartof, 77082 hektarda tərəvəz, 27847 hektarda bostan bitkiləri, 4922 hektarda emal üçün şəkər çuğunduru və 99545 hektarda yem bitkiləri əkilib”.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 56,5 min hektar toxumluq taxıl sahəsində aprobasiya işlərinin aparıldığını deyən Murtuzəli Hacıyev dövlət standartlarının tələblərinə cavab verməyən 15,4 min hektar sahənin toxum dövriyyəsindən çıxarıldığını, qalan 41,1 min hektar sahədə təmizləmə işlərinin görüldüyünü bildirib: “Bu il dənli və dənli paxlalıların (qarğıdalısız) əkildiyi 915212 hektar sahənin 780932 (88,8 faiz) hektarı biçilib. Hər hektarda məhsuldarlıq orta hesabla 30,3 sentner təşkil edib və 2368900 ton taxıl əldə olunub. O cümlədən, 539715 hektar buğda sahəsinin 425379 hektarı (78,8 faiz) biçilərək, hər hektardan 31,7 sentner olmaqla, 1349900 ton məhsul yığılıb. Beləliklə, cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı) orta məhsuldarlıq göstəricisinə nail olunub. Bu tarixədək taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən, buğda üzrə 33,8 faiz yüksəkdir. Həmçinin, bu il 288663 ton kartof, 382930 ton tərəvəz, 93140 ton meyvə, 273,4 ton yaşıl çay yarpağı və 76,5 ton tütün məhsulu yığılıb. Kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10,7, 11,8, 2,6, 18,7 və 30,5 faiz artıb”.
Yuxarıda sadalanan rəqəmlər, görülən işlər deməyə əsas verir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması öz bəhrəsini verməkdədir. Əlbəttə ki, əldə olunan bu uğurlar dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Əminik ki, kənd təsərrüfatı istehsalçıları da bu diqqət və qayğıdan yararlanaraq bundan sonra da yeni-yeni uğurlara imza atacaqlar.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

