Qeyri-neft sektorunun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artır
14.08.2015 [10:38]
Vüqar Bayramov: Ardıcıl həyata keçirilən islahatlar nəticəsində Azərbaycan yaxın zamanlarda iqtisadiyyatda qeyri-neft sektorunun dominant mövqeyə yüksəldiyi ölkəyə çevriləcək
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. İnkişaf modelinin uğurla tətbiqi hədəflənən nəticələrin əldə olunması ilə müşayiət edilir. Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Ümumiyyətlə iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar.
Sevindirici haldır ki, artıq qeyri-neft sektorunun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artıb və bu proses yüksələn xətlə davam etməkdədir. Bu sahənin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu günlərdə Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında ölkəmizin dayanıqlı inkişafının məhz bu istiqamətdə gedəcəyini bir daha nəzərə çatdırıb.
Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, əgər 2010-cu ildə ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 49 faiz idisə, cəmi 4 il sonra bu göstərici 68 faizədək yüksəldi. Onun fikrincə, bu, onu göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı nəinki konkret hədəflər müəyyənləşdirilib, eyni zamanda, iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub: “Cənab Prezident İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında neftdən kənar iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı çıxışı isə mövcud siyasi iradəni bir daha nümayiş etdirməklə yanaşı, iqtisadiyyatın şaxələnməsində yeni bir mərhələnin əsasını qoyacaq. Dövlət başçısının “biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir” - fikirləri ölkəmizin dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını formalaşdırır. Qeyri-neft sektorunda mövcud artım tempinin qorunub saxlanılması, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftdən kənar və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan iqtisadiyyatda qeyri-neft sektorunun dominant mövqeyə yüksəldiyi ölkəyə çevriləcək”.
İqtisadçı-ekspert qeyd edib ki, bütövlükdə, son 3 ildə qeyri-neft sektorunun iqtisadiyyatda payında ciddi artımlar müşahidə edilməkdədir. Cari ildə də qeyri-neft sektorunun büdcədəki payında ötən ilə nisbətən artım müşahidə ediləcək. Əgər 2013-cü ildə qeyri-neft sektorunun payı 26 faiz, 2014-cü ildə 34 faiz olubsa, gələn il bu rəqəmin 35 faizə çatdırılması proqnozlaşdırılır. Rəqəmlərdən də göründüyü kimi, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz-bənd artıb. İqtisadiyyatda və eləcə də, büdcə gəlirlərinin formalaşmasında enerji sektorundan asılılığın aradan qaldırılması baxımından bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergi daxilolmalarının həcmi də artacaq. Vergi daxilolmalarının 68 faizə yaxını isə qeyri-neft sektorunun payına düşəcək ki, bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
“Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ilə reallaşdırılan siyasət nəticəsində qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılması və neftdən kənar iqtisadi inkişafın təmin edilməsi daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaldacaq, idxal inflyasiyasını məhdudlaşdıracaq, qeyri-neft bölməsini dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından birinə çevirəcək, ölkənin rəqabət qabiliyyətini daha da artıracaq və respublika iqtisadiyyatının neftin dünya bazar qiymətindən asılılığının tamamilə aradan qaldırılmasına imkan yaradacaq. Aydındır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının qarşılanmasında idxal məhsullarından asılılığın azaldılması və maliyyə sektorunun idxal inflyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri-neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, son illərdə büdcədə neftdən daxilolmaların həcmi çoxdur, perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyyatın neftdən kənar sektorları hesab edilir. Azərbaycan iqtisadiyyatında hələlik neftin əhəmiyyətli rol oynaması iqtisadi cəhətdən tamamilə qanunauyğundur. Azərbaycan neft ölkəsidir və enerji resurslarının ixracatı ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verib. O baxımdan Azərbaycan Prezidentinin siyasi iradəsi ilə formalaşdırılmaqda olan şaxələnmiş iqtisadiyyat məhz inkişaf etmiş infrastruktur əsasında prioritet sektorların ixrac qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. Neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdıracaq”, - deyə ekspert vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19

