/ / Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu ilin birinci yarısının yekunları müzakirə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu ilin birinci yarısının yekunları müzakirə olunub
16.07.2015 [09:53]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrdən söz açaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən bu inkişafın informasiya texnologiyaları sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını deyən nazir cari ilin 6 ayında sahə üzrə bir sıra uğurlara imza atıldığını qeyd edib. Xüsusən “Bakı-2015” ilk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasından söz açan Ə.Abbasov bildirib ki, beynəlxalq idman tədbiri qlobal məkanda Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, bir çox sahələr, o cümlədən rabitə sahəsi üçün də texnoloji test meydançasını yaratdı və sahə bu sınaqdan da uğurla çıxdı.
Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə RYTN aparatının rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib.
Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 12 faiz artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80 faizi isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22,7 faiz (dünya orta göstərici 15.2 ədəd), mobil abunəçilərin sayına görə isə 17 faiz (mobildə dünya orta göstərici 96.1 ədəd) üstələyir. Bundan başqa, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə olunub.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
Nazir, həmçinin, bütün sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xüsusən beynəlxalq rabitə trafiki ilə bağlı məsələlərin tənzimlənməsi, mobil rabitə və internetin inkişafı istiqamətində görülən işlərin genişləndirilməsi, özəl sahibkarlığın inkişafına dəstək verilməsi, rabitə sahəsində çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqətdə saxlanılması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

