/ / SOCAR-AQŞ qabaqcıl texnologiyaların uğurlu tətbiqi nominasiyası üzrə “İlin şirkəti” mükafatını alıb
SOCAR-AQŞ qabaqcıl texnologiyaların uğurlu tətbiqi nominasiyası üzrə “İlin şirkəti” mükafatını alıb
04.06.2015 [09:11]
2 iyun 2015-ci il tarixində XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin keçirildiyi Bakı Expo mərkəzində “bp Azərbaycan” şirkətinin yerli müəssisələr arasında elan etdiyi “Müəssisə İnkişafı Mükafatı - 2015” üzrə qaliblərin elan edilməsi mərasimi keçirilib. Müsabiqəyə inamla qatılan SOCAR-AQŞ istehsalat sahələrində yeni texnika və texnologiyaların uğurlu tətbiqinə dair hazırladığı hesabatla müsabiqənin final mərhələsinə qədər yüksələrək qabaqcıl texnologiyaların uğurlu tətbiqi nominasiyası üzrə “İlin şirkəti” mükafatına layiq görülüb.
“Müəssisə İnkişafı Mükafatı-2015” müsabiqəsində “bp Azərbaycan” şirkətinin təsbit etdiyi Sahibkarlığın İnkişafı və Təlimi Proqramı (SİTP) şəhadətnaməsinə layiq görülmüş müəssisələr iştirak etmək hüququ əldə edirlər.
Mükafatı qəbul edən SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev bildirib ki, “bp Azərbaycan” və onun tərəfdaşları tərəfindən təsis edilən SİTP proqramı yerli müəssisələrin inkişafında böyük rol oynayaraq şirkətlərin öz xidmət və təkliflərini nəinki milli səviyyədə, eyni zamanda, regional və beynəlxalq səviyyədə uğurla təqdim etmək imkanını verir: “Bugünkü mükafat bizim müəssisəmiz üçün çox önəmlidir və ümid edirəm ki, əldə edilmiş uğurlar yaxın gələcəkdə “bp” ilə daha məhsuldar əməkdaşlıq üçün geniş imkanlar açacaq.
“Müəssisə İnkişafı-2015” mükafatının əldə edilməsi müəssisəmiz üçün böyük önəm daşıyır. Mükafatın dünya neft-qaz sənayesində aparıcı mövqe tutan və yeni texnologiyaların tətbiqində lider sayılan “bp” şirkəti tərəfindən verilməsi müəssisəmiz üçün qürurverici hadisə olmaqla yanaşı, yaxın gələcəkdə “bp” ilə ikitərəfli əlaqələrin inkişafı üçün yeni üfüqlər açır”.
Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ dayazsulu “Günəşli” yatağında yerləşən 11 saylı və “Ümid” yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda, “Qərbi Abşeron”, “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. SOCAR-AQŞ API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

