Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi açılıb
03.04.2015 [09:58]
Aprelin 2-də Bakı Ekspo Mərkəzində “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, sərginin təşkilatçıları və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, gözəl bir ənənənin davamını yaşayırıq. On dörd ildir ki, ölkəmizdə belə bir möhtəşəm beynəlxalq turizm sərgisi açılır. Sərginin əhəmiyyəti, buraya gələn qonaqların və iştirak edən şirkətlərin sayı ilbəil artir. Bu il də dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət sərgi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim edir. “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması olaraq regionda liderdir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin sərgini ziyarət etməsi bu tədbirin ölkə sənayesi üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
“İteca Caspian” şirkətinin təşkilatçılarından olan Böyük Britaniya nümayəndəsi, İTE Group-un icraçı direktoru Edvard Stroon bildirib ki, artıq neçə ildir bu sərgi dünyanın müxtəlif ölkələrini təmsil edən və turizm sahəsində marağı olan şirkətləri bir araya gətirir. Sərgi çərçivəsində 17 milli qrup turizm sahəsində maraqlı olan şəxslərə geniş məlumatlar verəcək. Sərgi ziyarətçilərinin sayının çox olacağına inamını ifadə edən E.Stroon qeyd edib ki, belə tədbirlər bu layihələrin daha yeni coğrafiyanı əhatə etməsinə təkan verir.
Sonra qonaq Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim edib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra sərgiyə baxış keçirilib.
“AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Dünya Turizm Təşkilatı (DTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. “AITF” sərgisi ilə paralel təşkil olunan 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisinə rəsmi dəstək isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir.
“AITF 2015” sərgisində öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir.
“AITF” sərgisi son illər Azərbaycan vətəndaşları arasında məşhur kurort zonalarında daşınmaz əmlaka olan tələbatın artması faktını əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal surətdə inkişaf etdirir və bu il “AITF” sərgisində Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyanın daşınmaz əmlak şirkətləri yer alır.
Bakı Ekspo Mərkəzində kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı, su nəqliyyatı, və s. bu kimi sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən Xəzər regionunun yeganə ixtisaslaşdırılmış tədbiri 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisi də “AITF” sərgisi ilə paralel təşkil olunub. Kater və Yaxtalar sərgisinin su-idman növlərinin inkişafına təkan verən birinci Bakı Avropa Oyunlarının açılışı ərəfəsində təşkil olunması isə olduqca aktualdır.
“CIBS 2015” sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir. Sərginin iştirakçıları arasında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Üzgüçülük Federasiyası, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər yer alırlar. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir. Sərgi su-motor texnikasını, eləcə də aktiv istirahət üçün müvafiq məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətlərini peşəkar, həvəskar və ziyarətçilərə təqdim edib.
“AITF” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. AITF, HOREX Caucasus və CIBS sərgilərin iaşə xidmətləri üzrə rəsmi tərəfdaşı “Seaport Catering” şirkətidir. 2015-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Greenwich Travel Club” şirkətləri, o cümlədən “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.
Həmçinin, sərgi iştirakçıları öz stendlərində təqdimat və seminarlar, eləcə də müxtəlif lotereya və istirahət biletlərinin oynanılmasını təşkil ediblər. Beləliklə, sərgi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə öz qapılarını aprelin 2-3-də yalnız turizm peşəkarlarının, 4-də isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

