Azərbaycan və Rusiya arasında əlaqələrin perspektivləri müzakirə olunub
11.02.2015 [10:04]
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır.
Şahin Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla çalışırlar. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 milyard ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 milyard ABŞ dollarından çox birbaşa investisiya qoyulub. Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.
İqtisadiyyat və sənaye naziri Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr barədə də məlumat verib. Bununla belə, nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.
Arkadi Dvorkoviç Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirib, əməkdaşlığının inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən A.Dvorkoviç ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
* * *
Görüşdən sonra Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadi Dvorkoviç brifinq keçirib, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, onların inkişaf perspektivlərindən danışıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

