/ / Azərbaycanla İran arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla İran arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb
29.01.2015 [09:57]
“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. İşçi qrupu Azərbaycan və İranın biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstərəcək.
AzərTAc xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia ilə görüşü olub.
Görüşdə Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, keçirilən görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir. Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Əli Tayebnia ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq İran nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini və bu görüşün nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirib. Tayebnia qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, energetika, alternativ enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

