Bələdiyyələrin vergi yığımında yeni qaydalar müəyyən olunub
09.01.2015 [10:05]
Şamil Ərəbov: Fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq
Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, bu il yanvarın 1-dən fiziki şəxslərin əmlak və torpaq vergiləri yeni qaydada ödəniləcək. Bəs bu yeni qaydalar özündə nələri ehtiva edir? Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbovla söhbətimizdə bu və ya digər suallara cavab tapmağa çalışdıq.
İdarə rəisi öncə onu qeyd etdi ki, bələdiyyələr torpaq və əmlak vergilərinin hesablanmasında və yığılmasında müəyyən çətinliklərlə qarşılaşırdılar: “Bu, xüsusilə əmlak vergisinin yığımında özünü daha aydın göstərirdi. Lakin artıq bu problem aradan qalxacaq. Belə ki, əmlak vergisi ilə bağlı dəyişikliklər bələdiyyə büdcələrinin, torpaq vergisi ilə bağlı dəyişikliklər isə dövlət və bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir göstərəcək, bələdiyyələrin maliyyə potensialını əhəmiyyətli dərəcədə artıracaq”.
Beləliklə, fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq: “Belə ki, dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi, dəyişiklikdən sonra isə əmlakın 30 m2-dək olan hissəsi vergidən azad olacaq. Bu güzəşt yalnız yaşayış sahələrinə aid edilir, qeyri-yaşayış sahələrinə güzəşt nəzərdə tutulmayıb. Bundan başqa, məsələn, binanın Bakı şəhərinin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 0,7-1,5 arasında əmsallar tətbiq olunacaq. Bu isə o deməkdir ki, şəhərin mərkəzində olan binaya görə müəyyən edilmiş dərəcə ilə hesablanmış əmlak vergisinə əlavə əmsal tətbiq olunaraq vergi artırılacaq. Hazırda bu əmsallar Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2014-cü il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti ilə razılaşdırılma mərhələsindədir”.
Torpaq vergisi ilə bağlı dəyişikliklərə gəlincə, Şamil Ərəbovun sözlərinə görə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlara deyil, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulan torpaq sahələrinə şamil edilir: “Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə yeni vergitutma mexanizmi müəyyən edilib. Burada vergi dərəcələri torpağın sahəsinə (100 m2) bağlıdır və təkcə regionlar üzrə deyil, həm də 10 min m2 (1 ha) sahədən asılı olaraq diferensiallaşdırılıb”.
İdarə rəisi, həmçinin, “yaşayış fondları, həyətyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri 10 min m2-dək olduqda torpaq sahəsinin hər 100 m2-ə görə illik vergi Bakı şəhərində 0,6 manat, 10 min m2-dən yuxarı hissəsi üçün isə hər 100 m2 görə 1,2 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 0,5 və 1 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 m2-ə görə illik vergi 0,1 və 0,2 manat olacaq”.
Bundan başqa, kommersiya xarakterli (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər) xüsusi təyinatlı torpaqlar 10 min m2-dək olduqda torpaq sahəsinin hər 100 m2-ə görə illik vergi Bakı şəhərində 10 manat, 10 min m2-dən yuxarı hissəsi üçün isə hər 100 m2-ə görə 20 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 8 və 16 manat, digər şəhərlər və rayon mərkəzlərində 4 və 8 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 m2-ə görə illik vergi 2 və 4 manat olacaq. Vergi qanunvericiliyinə əsasən, əmlak vergisi mülkiyyəti təsdiq edən sənədlər, torpaq vergisi isə mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında hesablanır.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbov onu da deyib ki, indiyədək torpaq vergisinin dərəcələri 1990-cı illərin sonunda müəyyənləşdirilmiş normativ əsasında vergiyə cəlb edilirdi: “Keçən müddət ərzində bütün sahələrdə qiymətlərin artmasına baxmayaraq, torpaq vergisinin dərəcəsi çox aşağı idi. Fiziki şəxslərin əmlak vergisi fiziki şəxsin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulurdu. Bu isə, vergi yığımında problemlər yaradırdı”.
Yeri gəlmişkən, araşdırmalar göstərir ki, fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Kənd yerlərində evlərin 90 faizinin inventar dəyəri olmadığından onların vergiyə cəlb edilməsi problem yaradır. Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80 faizdən çoxunun kənd ərazilərini əhatə etdiyini nəzərə alsaq, vergi yığımında olan problemin əksər bələdiyyələrə aid olduğunu müşahidə edə bilərik. Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilirdi ki, bu da Vergi Məcəlləsi ilə ziddiyyət təşkil edirdi. Mütəxəssislər yeni dəyişikliyin tətbiqi nəticəsində bu problemin aradan qalxacağını, bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33

