Polşa Azərbaycanla əlaqələrinin daha da genişlənməsində maraqlıdır
16.12.2014 [10:06]
Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir, yeni sənaye müəssisələri, istehsal sahələri yaradılır. Sənaye parklarının və məhəllələrinin yaradılması bu sahədə müasir avadanlıq və texnologiyaların tətbiqinə, ixrac potensialının artmasına yeni imkanlar açır.
Bu fikirlər dekabrın 15-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ilə görüşü zamanı səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes forumlar və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən nazir qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb.
Şahin Mustafayev sənaye ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib və bu imkanlardan səmərəli istifadənin Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətindən danışıb.
Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, münaqişənin regional inkişafa əsas maneə olduğunu diqqətə çatdırıb.
Yanuş Pexoçinski Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının Polşa tərəfində yüksək təəssürat yaratdığını deyib. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlara görə nümunə olduğunu qeyd edən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu söyləyib.
Görüşdə iqtisadi əlaqələrin genişlənməsinə, kənd təsərrüfatı, sənaye parklarının, aqroparkların təşkili sahəsində əməkdaşlığa, birgə biznes forumların, işgüzar görüşlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

