“Azərsu” dünya təcrübəsinin öyrənilməsində maraqlıdır
07.11.2014 [09:35]
İçməli su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.
Belə ki, “Azərsu” ASC ilə Fransanın Suez Environnement şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəsislərdən ibarət nümayəndə heyəti oktyabrın 22-dən 31-dək Fransa, Əlcəzair və İspaniyada səfərdə olublar. Səfər müddətində mütəxəssislər Suez Environnement şirkətinin Paris, Orlean, Əlcəzair və Barselona şəhərlərində fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanış olub, təcrübə mübadiləsi aparıblar.
Fransanın Orlean şəhərində Suez Environnement şirkətinin istismar etdiyi tullantı sularının təmizləmə məntəqəsinə səfər təşkil olunub.
Səfər zamanı mütəxəssislərə tullantı və yağış sularının idarəolunması sistemlərinin iş prinsipləri barədə ətraflı məlumatlar verilib. Nümayəndə heyətinin Suez Environnement şirkətinin Parisdə yerləşən tədqiqat mərkəzində keçirdiyi görüşdə şirkətin icra etdiyi layihələrin ətraf mühitə təsiri məsələləri müzakirə edilib. Həmçinin Suez Environnement şirkətinin muzeyinə də baxış keçirilib.
Əlcəzairə səfər çərçivəsində nümayəndə heyəti Əlcəzair şəhərində sutəmizləyici məntəqədə olub, burada yerləşən laboratoriyaya baxış keçirib.
Qonaqlara Suez şirkətinin Əlcəzairdə tətbiq etdiyi Wikti qiymətləndirmə sisteminin nəticələri barədə məlumat verilib. Azərbaycanlı mütəxəssislər burada yaradılmış mərkəzləşdirilmiş logistika sistemi ilə tanış olub və mərkəzi anbara baxış keçiriblər. Səfər çərçivəsində Suez Environnement şirkətinin Əlcəzairdə gördüyü işlər haqqında nümayəndə heyətinə geniş məlumat verilib. Nümayəndə heyətinin sonuncu səfəri İspaniya Krallığına olub. Barselona şəhərində “Aqualogiya” Təlim və Tədqiqat mərkəzini ziyarət edən nümayəndə heyətinə burada keçirilən təlimlər və aparılan tədqiqat işləri barədə ətraflı məlumat verilib. Mərkəzin kadr hazırlığı siyasəti ilə tanış olun mütəxəssislər daha sonra Barselona şəhərinin sutəmizləyici məntəqəsi və laboratoriyasına da baxış keçiriblər.
Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın Suez Environnement şirkəti arasında 12 may 2014-cü il tarixdə Bakıda imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə 250 təlimçi hazırlanacaq.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

