İran televiziya və radio yayımında Azərbaycan peykindən istifadə etmək niyyətindədir
15.10.2014 [09:55]
Azərbaycanda qonşu İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verilir. Bu fikri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşdə deyib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, görüş zamanı nazir Ş.Mustafayev ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu il dövlət başçıları Davos, Tehran və Həştərxanda görüşərək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu görüşlərdə aparılan danışıqlar, müxtəlif sahələrdə imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin inkişafına öz mühüm töhfəsini verir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına da böyük imkanlar yaradır. Bunun nəticəsidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq genişlənir, iş adamları arasında əlaqələr inkişaf edir.
Nazir müxtəlif sahələrdə əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini qeyd edib, bu ilin avqustunda komissiyanın Bakıda keçirilən 9-cu iclası çərçivəsində bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə edildiyini diqqətə çatdırıb. Bank, ticarət, gömrük, kənd təsərrüfatı, turizm, rabitə və İKT və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Şahin Mustafayev Dövlət Komissiyasının həmsədri kimi radio-televiziya sahəsində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini bildirib.
İranda televiziya və radio yayımının təşkili və inkişafı istiqamətində görülən işlər barədə məlumat verən İzzətullah Zərqami bu sahədə Azərbaycanın peykindən istifadə edilməsi niyyətini açıqlayıb. O, İranın rəqəmsal ötürücü stansiyalar istehsal etdiyini, bu ötürücülərdən Azərbaycanda da istifadə edilməsi barədə təklifin aidiyyəti qurumlara təqdim olunduğunu diqqətə çatdırıb.
Görüşdə xalqlarımızın ənənələrinin, malik olduqları dəyərlərin qorunması və təbliğində televiziya və radionun əhəmiyyəti qeyd edilib, bu sahədə əməkdaşlığın faydalı olacağı vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

