Aydın Hüseynov: 2014-cü ilin ötən 9 ayında ölkəmizin uğurlu inkişafı təmin edilib
10.10.2014 [09:08]
2014-cü ilin ötən doqquz ayı Azərbaycan üçün kifayət qədər uğurlu olub. İqtisadiyyatın inkişafı güclü iqtisadi potensial və mükəmməl idarəetmə strategiyasının vəhdəti sayəsində dərinləşib. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını şərh edən YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun sözlərinə görə, ölkəmizdə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər dinamik inkişafı təmin edib. Üçüncü rübdə ölkəmizin iqtisadi, siyasi, sosial, elmi-mədəni, humanitar sahələrində əhəmiyyətli dəyişikliklər baş verib: “Dövlət başçısının bildirdiyi kimi, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də payı 57 faizə çatıb”.
A.Hüseynovun sözlərinə görə, bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın ümumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov, həmçinin, deyib ki, cari ilin 9 ayında əhalinin gəlirləri 5,4 faiz artıb, inflyasiya 1,5 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub. Ölkəmizin strateji valyuta ehtiyatları 53 milyard manatı keçib. İqtisadiyyata böyük həcmdə - 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini bildirib ki, ötən müddətdə ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri müşahidə olunub. Orta aylıq əməkhaqqı hazırda 450 manata çatıb. Sosial sahədə baş verən müsbət dəyişikliklər davamlı olaraq maaşların və pensiyaların artması üçün imkanlar yaradıb: “Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir”.
Ötən dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Bölgələrdə infrastruktur layihələri uğurla icra edilib və bu proses davam edir. Regionlarda aparılan geniş quruculuq işləri və yeni istehsal obyektlərinin açılması insanların işlə təmin edilməsinə, məşğulluğun artmasına səbəb olub. İşsizlik kəskin şəkildə aşağı düşüb və hazırda 5 faiz səviyyəsindədir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

