Azərbaycanın BMT ilə növbəti beş il üçün tərəfdaşlıq çərçivəsi sənədi müzakirə edilib
27.09.2014 [10:33]
Sentyabrın 26-da Bakı Biznes Mərkəzində Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında növbəti beşillik üzrə tərəfdaşlıq çərçivəsi sənədinin (UNAPF) təsdiqetmə konfransı keçirilib.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan Hökuməti və BMT arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə edilib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. 2016-2020-ci illəri əhatə edən UNAPF sənədi də bu qəbildəndir.
Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə müəyyən olunmuş prioritetlərin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırıldığını qeyd edən S.Həsənova vurğulayıb ki, hazırda əsas məqsəd insan kapitalının inkişafına nail olmaqdır. Bunun üçün UNAPF sənədinin İlkin Nəticələr Cədvəlini (Monitorinq və Qiymətləndirmə çərçivəsi daxil olmaqla) tərəfdaşlar və maraqlı tərəflərlə müzakirə etməli və razılaşdırmalıyıq.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk bildirib ki, 2016-2020-ci illəri əhatə edən sənədin imzalanması BMT və Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, strateji prioritetləri müəyyənləşdirəcək. Bu sənəd özündə üç əsas sahəni ehtiva edir. Onlardan birincisi iqtisadi inkişaf və ölkədə iş yerlərinin sayının artırılması, ikincisi təşkilatı potensialın gücləndirilməsi və effektiv ictimai-sosial xidmətlər göstərilməsidir. Üçüncü sahə isə ətraf mühit üzrə idarəçiliyi, təbii və antropogen fəlakətlərə qarşı dayanıqlığın təmin edilməsini nəzərdə tutur.
Konfransda UNAPF-ın nəticələr qrupları üzvlərinin “İqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması”, “Təşkilati potensialın gücləndirilməsi və sosial xidmətlər” mövzularında təqdimatları dinlənilib.
Məsləhətləşmələrdə əlaqəli dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

