/ / Asiya İnkişaf Bankının Bakıda keçiriləcək 48-ci İllik Toplantısına hazırlıq prosesi yüksək səviyyədə gedir
Asiya İnkişaf Bankının Bakıda keçiriləcək 48-ci İllik Toplantısına hazırlıq prosesi yüksək səviyyədə gedir
12.09.2014 [09:58]
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov sentyabrın 11-də Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Baş katibi Vookong Umun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə AİB-in Rəhbərlər Şurasının 2015-ci il mayın 2-5-də Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısına hazırlığın gedişi müzakirə olunub. Nazir Samir Şərifov bu məqsədlə Azərbaycan Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını xatırladaraq, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını bildirib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, bu sahədə qazanılan təcrübə, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, əlverişli tranzit və logistika imkanlarının olması, o cümlədən yüksək təhlükəsizlik və sabitlik bu cür əhəmiyyətli tədbirləri yüksək səviyyədə keçirməyə tam imkan verir.
Azərbaycanın İllik Toplantıya hazırlığını yüksək qiymətləndirən AİB-in baş katibi ölkəmizin uğurlu iqtisadi inkişafını yüksək dəyərləndirərək tədbirin uğurlu alınacağına əminliyini ifadə edib. Qeyd olunub ki, AİB-in Rəhbərlər Şurasının İllik Toplantısında üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.
Görüşdə, həmçinin İllik Toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-in prezidenti Takehiko Nataonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi aparılıb.
AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və İllik Toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

