Azərbaycan və Makedoniya iqtisadi-ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar
10.09.2014 [09:54]
Sentyabrın 9-da Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycanda rəsmi səfərdə olan Makedoniya Respublikası Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların vacibliyini vurğulayıb. Nazir Azərbaycan-Makedoniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun əlaqələrin genişlənməsi istiqamətində fəaliyyətini xatırladaraq deyib: “Azərbaycan və Makedoniya arasında indiyədək dörd sənəd imzalanıb, bir sıra sənədlər isə müzakirə mərhələsindədir. Ticarət əlaqələri ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir”.
Azərbaycan və Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edən nazir, hüquqi bazanın genişləndirilməsinin vacibliyini, sənaye, kənd təsərrüfatı, tekstil, əczaçılıq və turizm sahələrinin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Şahin Mustafayev bunun regional inkişafa əsas maneə olduğunu qeyd edib.
Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirən Zoran Stavreski ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb və inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.
Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya işgüzar görüşü də keçirilib. Görüşdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə, konsaltinq sahələrində fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edirib.
Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayaraq bildirib ki, bu işgüzar görüş iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcək.
Azərbaycana səfərindən, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edən Zoran Stavreski dostluq zəminində qurulan münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb. O, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində fəal iştiraka dəvət edərək ölkəsinin iqtisadiyyatına və biznes imkanlarına dair məlumat verib.
Makedoniyanın Xarici İnvestisiyalar və İxracın Təşviqi Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski ölkəsinin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
İşgüzar görüşdə Azərbaycan-Makedoniya iqtisadi əlaqələrinə və əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

