Son 6 ayda Azərbaycanın qeyri-neft sektoru 7 faiz artıb
16.07.2014 [10:17]
Prezident İlham Əliyev: Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır
Son illərdə müstəqil Azərbaycanın mənzərəsi hər sahədə yüksək inkişaf göstəriciləri, müsbət dəyişikliklərlə xarakterizə olunur. Ölkədə genişmiqyaslı sosial məzmunlu infrastruktur layihələri həyata keçirilir, insanların sosial rifah halı getdikcə yaxşılaşır. Bütün bunların əsasında isə dövlət başçısı İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi düşünülmüş, praqmatik siyasət, iqtisadi islahatlar dayanır. Bu islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf tempini cari ilin birinci yarısında da qoruyub saxlamaq mümkün olub.
Cari ilin birinci yarısında iqtisadiyyat 2,1 faiz artıb
Cari ilin birinci yarısının yekunları son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların kifayət qədər səmərəli olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən 6 ayda Azərbaycan iqtisadiyyatı 2,1 faiz artıb. İlin birinci yarısının yekunlarına görə, makroiqtisadi vəziyyəti əks etdirən əksər göstəricilər müsbətdir. Son 6 ayda dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib. Hazırda respublika üzrə inflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir.
Yeri gəlmişkən, iyulun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı ilin birinci yarısında iqtisadiyyatımızın artmasından məmnunluğunu ifadə edərək bildirib ki, dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Həqiqətən də, son illərdə beynəlxalq maliyyə-iqtisadi böhranı dünyanın ayrı-ayrı ölkələrində ciddi fəsadlarla nəticələnib. Hətta inkişaf etmiş bir sıra ölkələrdə belə kəskin maliyyə çatışmazlığı ucbatından investisiya proqramları yarımçıq dayandırılıb, sosial layihələr ixtisara salınıb, on minlərlə iş yerləri bağlanıb. Azərbaycan iqtisadiyyatı isə beynəlxalq maliyyə-iqtisadi böhranı şəraitində də nəinki ağır kataklizmlərdən yan keçə bilib, hətta öz yüksək dayanıqlılığını qoruyaraq dinamik inkişaf tempini daha da artırıb.
İqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi artır
Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını xarakterizə edən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələrin üzləşdiyi neft amilindən asılılıq sindromundan yan keçə bilib. Nazirlər Kabinetinin iclasında bu fakta diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.
Qeyri-neft sektorunun artım tendensiyası 2014-cü ilin ilk yarısında da qorunub saxlanıb. Belə ki, son 6 ayda qeyri-neft sektorunda 7 faiz artıma nail olunub. Ümumiyyətlə, 2014-cü ilin sonunadək qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda çəkisinin 60 faizi ötəcəyi proqnozlaşdırılır.
Əlbəttə, respublikamızda qeyri-neft sektorunda Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti çox mühüm rol oynayıb. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda xatırlatdığımız iclasında ölkə iqtisadiyyatının strukturunda baş verən keyfiyyət dəyişikliyindən-qeyri-neft sektorunun artmasından məmnunluğunu ifadə edib, eyni zamanda, diqqəti bir daha bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərə yönəldib: “Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi”.
Qeyd edək ki, ölkəmizdə dövlət başçısının müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq qeyri-neft sənayesinin, sahibkarlığın, kənd təsərrüfatının inkişaf etdirilməsi güclü şəkildə təşviq olunur, neft sektorundan gələn gəlirlər hesabına bu kimi sahələrin inkişafına böyük həcmli investisiyalar yönəldilir. Məsələn, kənd təsərrüfatına diqqətin artırılması, fermerlərə güzəştli şərtlərlə kreditlər verilməsi, lizinq yolu ilə müxtəlif növ kənd təsərrüfatı texnikasının alınması, suvarma-meliorasiya layihələrinin reallaşdırılması və digər belə tədbirlər sayəsində kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına nail olunub, eləcə də ölkədə güclü aqrar-sənaye kompleksi qurulub. Təsadüfi deyil ki, cari ilin əvvəlindən bəri ölkənin kənd təsərrüfatında 6 faiz artıma nail olunub. Eləcə də təkcə son illərdə respublikanın müxtəlif bölgələrində qeyri-neft sektoruna aid onlarca sənaye müəssisəsi istifadəyə verilib, sahibkarlıq subyektləri fəaliyyətə başlayıb.
Bu tendensiya gələcəkdə də davam etdiriləcək. Hazırda paytaxt Bakının Qaradağ rayonunda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə və digər şəhər və rayonlarda qeyri-neft sektoruna aid yeni sənaye obyektləri yaradılır. Şübhə yoxdur ki, yeni yaradılan sənaye parkları qeyri-neft sektorunun və bütövlükdə iqtisadiyyatımızın inkişafına yeni impuls verəcəkdir.
Azərbaycanın valyuta ehtiyatları artır
Hazırda Azərbaycan iqtisadiyyatı həm də yüksək maliyyə dayanıqlılığı ilə səciyyələnir. Respublikamız 54 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir. Adambaşına düşən valyuta ehtiyatlarına görə isə Azərbaycan dünyada ən qabaqcıl yerlərdə qərar tutur.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, valyuta ehtiyatlarının artması infrastruktur və sosial layihələrin icrasına geniş imkanlar açır. Təsadüfi deyil ki, hazırda respublikanın bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri gerçəkləşdirilir-yeni yollar salınır, su, kanalizasiya xətləri çəkilir, məktəblər, səhiyyə ocaqları tikilir.
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında, həmçinin, ölkədə valyuta ehtiyatlarının artması ilə paralel surətdə vəsaitlərin maksimum səmərə ilə idarə edilməsinin vacib şərt olduğunu nəzərə çatdırıb: “Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, biz populist vədlərdən tamamilə uzağıq, ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq. Bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bilək.
Yeni iş yerlərinin açılması daimi proses olmalıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin əsas qayəsi ondan ibarətdir ki, ölkə iqtisadiyyatının güclənməsi sosial sferada, insanların həyat şəraitinin yaxşılaşmasında öz əksini tapmalıdır. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması dövlətin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkəmizdə yeni iş yerlərinin açılmasından məmnunluğunu ifadə edərək bildirib ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində artıq cari ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. Ümumiyyətlə, 2003-cü ildən bu günə qədər-regional inkişaf proqramlarının icrasına başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı iş yerlərinin yaradılması ilə bağlı yeni hədəfləri diqqətə çatdıraraq vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq.
Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

