Qaradağ rayonunda ilin birinci yarısının nəticələri müzakirə olunub
16.07.2014 [09:59]
Qeyd edilib ki, 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam edib
Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Hesabat yığıncağında Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun məruzəsi dinlənilib. Qeyd olunub ki, 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam edib. Qazanılan hər bir nailiyyət dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində əldə olunub: “Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 65,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1 milyon ton sement istehsal edilmişdir. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olmuşdur”.
Daha sonra rayonda görülən işlər, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verən İcra Hakimiyyətinin başçısı S.Mikayılov deyib ki, hesabat dövründə Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilib, Puta qəsəbəsində Metanol zavodunun tikintisi də başa çatıb. Zavod nəinki respublikamızda, eləcə də, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 3850 hektar yer ayrılıb, bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, hotellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq.
Süleyman Mikayılov əlavə edib ki, ötən 6 ay ərzində rayon sakinlərinin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının, mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə xeyli işlər görülüb, əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün müvafiq addımlar atılıb. Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Təhsil sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verən rayon İcra Hakimiyyətinin başçısının sözlərinə görə, ötən altı ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülüb, bəzi təhsil və səhiyyə müəssisələrində isə əsaslı təmir və yenidənqurma işləri davam edir.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Qaradağ rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əli Əliyev, “Norm” MMC-nin kommersiya direktoru Fuad Musayev çıxış ediblər. Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2014-cü ilin birinci yarısında respublikamızın əldə etdiyi uğurlar haqqında danışıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

