/ / Aydın Hüseynov: Azərbaycan valyuta ehtiyatlarının həcminə görə “20-lik ölkələri” qrupuna daxil olub
Aydın Hüseynov: Azərbaycan valyuta ehtiyatlarının həcminə görə “20-lik ölkələri” qrupuna daxil olub
05.06.2014 [08:58]
Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda maliyyə sabitliyinin və iqtisadi inkişafın davam edəcəyini proqnozlaşdırır. Fondun məlumatında deyilir ki, Azərbaycan hökumətinin son uğurları ölkənin beynəlxalq maliyyə bazarlarına çıxışına geniş stimul verir, həmçinin, valyuta ehtiyatlarının artması güclü sabitlik potensialını möhkəmləndirir. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun fikrincə, ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət maliyyə-büdcə-valyuta ehtiyatlarının davamlı şəkildə artmasını təmin etməkdədir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 54 milyard dollar səviyyəsinə çatıb və bu, regionda ən yüksək artım dinamikası deməkdir.
Aydın Hüseynov bildirib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) təxminən 72 faizi səviyyəsinə çatıb və beynəlxalq normaları əhəmiyyətli üstələyir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələrinin ilk “20-liyində” qərarlaşır. “Azərbaycanda valyuta ehtiyatları ölkənin xarici borcundan təxminən 11 dəfə çoxdur. Postsovet ölkələri ilə müqayisədə adambaşına düşən ən az xarici borc Azərbaycanda təşkil edir. Respublikamızda adambaşına düşən xarici borc orta statistik dünya göstəricisindən 17 dəfə, Rusiyanın göstəricisindən 8 dəfə, Qazaxıstanın göstəricisindən isə 7 dəfə aşağıdır”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini bildirib ki, valyuta ehtiyatlarının yüksək artım tempi güclü makroiqtisadi buferin formalaşdırılması və ölkə iqtisadiyyatının xarici böhran təzahürlərinə həssaslığının azalması üçün əsas amildir. “Valyuta ehtiyatlarının artımı ölkənin iqtisadi inkişafının yüksək olmasına mühüm təsir göstərir. Cari ilin ötən 5 ayında Avropa və MDB ölkələrinin maliyyə ehtiyatlarının artım potensialına diqqət yetirsək, həmin dövlətlərdə valyuta ehtiyatlarının həcminin çoxalmasının 6-8 faiz civarında olduğunu görmək olar. Azərbaycanda isə valyuta ehtiyatlarının artım tempi 22-25 faiz təşkil edib. Onu da nəzərə almaq lazımdır ki, respublikamızın ümumi strateji maliyyə ehtiyatlarının formalaşmasında başlıca rolu neft ixracı amili oynayır və ötən aylar ərzində neft istehsalının və nəqlinin azalması baş versə də, ölkəmizin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Azərbaycan hökuməti digər iqtisadi resursların, qeyri-neft məhsullarının istehsalını və nəqlini artırmaqla, həmçinin, dünyanın etibarlı maliyyə qurumlarında saxlanılan valyuta sərvətlərinin səmərəli idarə olunması sayəsində mühüm irəliləyişlərə nail olub”.
A.Hüseynovun sözlərinə görə, nikbin proqnozlara əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin sonuna qədər 58 milyard dollara çatacaq və ÜDM-in 80 faizini ötəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

