/ / Avropa İttifaqının maliyyələşdirdiyi Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib
Avropa İttifaqının maliyyələşdirdiyi Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib
22.05.2014 [09:03]
Rüfət Aslanlı: Layihənin uğurlarından biri Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsaslarının formalaşmasıdır
Dünən Bakıda “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının (Aİ) qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı” Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən reallaşdırılıb. Tədbiri giriş sözü ilə açan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib ki, layihə çərçivəsində qiymətli kağızlar bazarının tənzimlənməsi və prudensial nəzarət tədbirləri üzrə qanunvericilik bazasının Aİ qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən imzalanmış “2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”nın icrasının təmin olunmasına layihə tərəfindən geniş dəstəyin göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran komitə sədri onu da bildirib ki, Azərbaycan Respublikasının qiymətli kağızlar bazarına dair qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğu təhlil edilərək qiymətləndirilib.
Onun sözlərinə görə, layihənin uğurlarından biri Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsaslarının formalaşmasıdır.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard qeyd edib ki, layihənin məqsədi qiymətli kağızlar bazarı və maliyyə xidməti vasitəçilərinin fəaliyyətini Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq tənzimləmək üçün hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən, QKDK-nın tənzimləyici və nəzarət potensialının artırılmasına dəstək göstərilməsidir.
Diqqətə çatdırılıb ki, Tvinninq layihəsi çərçivəsində ən uğurlu amillərdən biri ekspertlər və iştirakçılar arasında təcrübə mübadiləsi olub. Avropa İttifaqı Azərbaycanın iri ticarət tərəfdaşı və ən iri investorlarından biridir. Malena Mard ümid etdiyini bildirib ki, bu, Azərbaycanın kapital bazarının inkişafına öz töhfəsini verəcək.
Sonra Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mixal Labenda çıxış edərək, dinamik iqtisadi inkişaf göstəricilərinə malik Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin mühüm önəm daşıdığını və Tvinninq layihəsinin bu istiqamətdə xüsusi yeri olduğunu vurğulayıb. M.Labenda, həmçinin, gələcəkdə Azərbaycanla işgüzar əməkdaşlıq münasibətlərini daha geniş müstəvidə inkişaf etdirmək niyyətində olduqlarını bildirib.
QKDK ilə yanaşı, Polşanın Maliyyə Nəzarəti Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, qiymətli kağızlar bazarı institutlarının nümayəndələri, media təmsilçiləri və digər maraqlı tərəflər iştirak etdiyi konfransda, həmçinin, “Layihənin nailiyyətləri” və “Bazar transformasiyasının əsas elementləri” mövzularında təqdimatlar olub.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

