/ / Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
26.04.2014 [11:53]
Aprelin 25-də Bakıda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
Nazir iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə daim inkişaf edən əlaqələrin kənd təsərrüfatı sahəsində də fəal əməkdaşlığa şərait yaratdığını qeyd edib.
Prezident İlham Əliyevin kənd təsərrüfatını prioritet sahə kimi daim diqqət mərkəzində saxladığını deyən H. Əsədov “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanında aqrar sahənin davamlı inkişafının təmin edilməsi istiqamətində qarşıda duran vəzifələri açıqlayıb və bu Fərmanın aqrar sahənin inkişafına təkan verəcəyini bildirib.
Nazir Niderland Krallığının Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini vurğulayıb. O, Azərbaycanda kənd təsərrüfatı sahəsində əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.
H.Əsədov baytarlıq, fitosanitariya, kartof toxumçuluğu, “Aqropark”ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqraryönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürüb.
Rene Van der Linden Niderland Krallığının kənd təsərrüfatı sahəsində böyük təcrübə topladığını, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, nazir Heydər Əsədovu bu ilin oktyabr ayında Niderland Krallığında keçiriləcək biznes foruma dəvət edib.
Görüşdə Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışıb, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

