Ceyhan limanından 2500-cü tanker yola salınıb
24.04.2014 [09:06]
bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) elan edir ki, BTC vasitəsilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker Türkiyənin Ceyhan terminalından yola düşüb.
“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildiriblər ki, “Vinga” adlı tanker aprelin 15-də Ceyhan dəniz terminalına gəlib və aprelin 23-də neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola salınıb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 min barel neft yüklənib. “Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.
BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilir. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri, ümumilikdə, 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.
bp-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz deyir: “Fəaliyyət göstərdiyi səkkiz il ərzində BTC çox yüksək səmərəlilik nümayiş etdirmişdir. Ceyhandan 2500-cü tankerin yola salınması bu dünya səviyyəli obyektin nail olduğu əlamətdar bir hadisədir. Biz bu boru kəmərini inşa etdiyimiz vaxt onu nəhəng texniki nailiyyət kimi təsəvvür etmişdik. İndi isə səkkizillik təhlükəsiz və etibarlı fəaliyyətindən sonra onu üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində vahid bir heyət tərəfindən idarə olunan səmərəli və dünya səviyyəli əməliyyatların yüksək nümunəsi adlandıra bilərik. Fürsətdən istifadə edərək mən bizim BTC üzrə əməliyyatlar heyətinə əməyin təhlükəsizliyi üzrə əldə etdikləri mükəmməl göstəricilərə və əməliyyatın səmərəliliyinə görə təşəkkür etmək istəyirəm. Bu heyətə boru kəmərinin və onun bütün qurğularının gecə və gündüz sakit və səmərəli şəkildə işləməsi üçün xidmət göstərən yüzlərlə insan daxildir. Mən, həmçinin boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş İnternəşnl Limitid (BİL) şirkətinə bu mühüm uğurların əldə olunmasındakı əməyinə görə təşəkkür etmək istərdim”.
Hazırda BTC-nin ötürücülük qabiliyyəti gündə 1,2 milyon barel təşkil edir. BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəqli bərpa olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

