Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib
23.04.2014 [09:13]
Aprelin 22-də Bakı Biznes Mərkəzində Azərbaycan-Kamboca biznes forumu keçirilib.
AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, konsaltinq, tikinti, logistika sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev çıxış edərək, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər görüşlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını söyləyib. Nazir müavini Azərbaycan-Kamboca biznes forumunun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əmin olduğunu bildirib.
Sahil Babayev, həmçinin Azərbaycan iqtisadiyyatı barədə də geniş məlumat verib. Qeyd edilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Artıq Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini vurğulayan Sahil Babayev kambocalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini Sun Çanthol ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb.
Kambocalı qonaq iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə də məlumat verib. Sun Çanthol ölkəsinin əlverişli təbii coğrafi mövqedə yerləşdiyini, Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, azərbaycanlı iş adamlarını kambocalı iş adamları ilə əlaqələri genişləndirməyə və Kamboca iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmağa dəvət edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Kambocanın İnkişaf Şurasının baş katibi Sok Çenda Sofean bu ölkənin investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

