Rabitə və Yüksək Texnologiyalar Nazirliyində cari ilin ilk rübünün yekunları müzakirə edilib
18.04.2014 [10:38]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı kollegiya iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr barədə danışıb, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirib.
İclas iştirakçılarının diqqətini dövlətimizin başçısının 2014-cü il 7 mart tarixli Sərəncamına cəlb edən nazir qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması və fəaliyyət sahəsinin genişləndirilməsi qarşıda böyük vəzifələr müəyyənləşdirib. Ə.Abbasov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Dövlət proqramları və digər hüquqi sənədlərdə nazirliyin qarşısında qoyulan mühüm tədbirləri bir daha xatırladaraq, növbəti illərdə sektorun üzərinə düşən vəzifələrdən, gələcək hədəflərdən söz açıb.
Daha sonra kollegiya iclasında ilin ilk rübündə rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Bildirilib ki, cari ilin birinci rübündə informasiya-kommunikaisya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artıb. Həmçinin İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abonentlərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə çatıb. Əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanların nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 geqabayt - saniyəyə çatdırılıb.
Sonra məruzə ətrafında müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 6 fevral tarixli müvafiq sərəncamları ilə rabitə, informasiya-kommunikasiya texnologiyaları və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif olunanlara mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

