Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ucarda bir qrup sahibkara yeni texnika verilib

Ucarda bir qrup sahibkara yeni texnika verilib

17.04.2014 [09:13]

Aprelin 16-da kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub.
AzərTAc xəbər verir ki, respublikanın 25 rayonundan sahibkarların iştirak etdikləri tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Belçika istehsalı olan 20 ədəd “New Holland” və Finlandiya istehsalı olan 87 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurub.
Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, aprelin 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunmuş iclasında dövlətimizin başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışıb.
Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Mərasimdə yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyi də vurğulanıb. Bildirilib ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı.
Sahibkarlar hazırkı məqamda otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildiriblər.
Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu diqqətə çatdırılıb.
Sonda sahibkarlara 12 kombaynın açarları təqdim olunub.

Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30