“Azərsu” ASC kadr potensialının gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir
12.03.2014 [09:37]
Qorxmaz Hüseynov: Son 2 ildə keçirilmiş 75 təlimə Səhmdar Cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunub
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində tədbirləri davam etdirir. Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, “Azərsu” ASC-nin Türkiyənin Gedik Universiteti və UGETAM şirkəti ilə əməkdaşlığı çərçivəsində mart ayının 11-də “İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı” mövzusunda növbəti təlimə start verilib. Bu məqsədlə Türkiyənin bir sıra təhsil və sənaye müəssisələrinin mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlib.
Təlim proqramının açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov layihələrin keyfiyyətlə icra olunmasında, eləcə də, infrastrukturun idarəedilməsində yeni texnologiyaların tətbiqinə ciddi diqqət yetirildiyini bildirib.
Qeyd olunub ki, bu sahədə qabaqcıl təcrübənin mənimsənilməsi və tətbiqi məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən, Türkiyənin şirkətləri ilə sıx əməkdaşlıq edilir. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin mütəxəssisləri ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Son 2 ildə keçirilmiş 75 təlimə Səhmdar Cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunub.
Mütəxəssislərin 240 nəfəri Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi, 12 rəhbər işçi isə İzmit Sukanal İdarəsində istehsalat sahələri ilə tanış olmaq imkanı əldə ediblər. Təlimlərdə layihələndirmə, tikinti, mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya-kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə mütəxəssislər iştirak edib, böyük təcrübə qazanıblar. “Azərsu” ASC-nin sədri belə tədbirlərin təşkilinin əhəmiyyətli olduğunu və təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Təlim keçmək üçün dəvət olunmuş Türkiyənin Gedik Holdinq şirkətinin rəhbəri Mustafa Koçak, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müşaviri Meral Barlas, Gedik Universitetinin müəllimi, sabiq səfir Erkan Gezer, UGETAM şirkətinin idarə heyətinin rəhbəri Ümit Doğay Arınç çıxış edərək təlimlərin əhəmiyyətini vurğulayıb, bu sahədə Azərbaycan şirkətlərinə kömək etməkdə maraqlı olduqlarını bildiriblər.
4 gün davam edəcək tədbir çərçivəsində “Azərsu” ASC-nin əməkdaşlarına, həmçinin, su və kanalizasiya layihələrini icra edən podratçı şirkətlərin mütəxəssislərinə qaynaq texnologiyaları, içməli suyun təmizlənməsi və nəqli, tullantı sularının zərərsizləşdirilməsi, sayğaclaşma və digər məsələlərlə bağlı təlimlər veriləcək.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

