“Şou-biznes nümayəndələrinin bir qismi heç də nümunəvi vergi ödəyicisi deyil...”
27.02.2014 [09:15]
İlham Əmirəliyev: Hər kəs vergi orqanına təqdim etdiyi bəyannamələrdə öz gəlirləri barədə məlumatı düzgün göstərməlidir
“Hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil. Musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərinə tam və könüllü əməletmə səviyyəsi aşağıdır”. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyev deyib.
Onun sözlərinə görə, dünyanın, xüsusilə də Avropanın inkişaf etmiş ölkələrində şou-biznes nümayəndələri vergi öhdəliklərinə necə əməl etmələri ilə daim ictimaiyyətin diqqət mərkəzindədirlər: “Gəlirlərini gizlədən dünyaca məşhur insanlar-müğənnilər, aktyorlar, bəstəkarlar, bir sözlə, incəsənət nümayəndələri hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmişə ictimai qınağa məruz qalmaqla yanaşı, bir sıra hallarda, hətta inzibati və digər məsuliyyətə də cəlb edilirlər. Bizim bəzi tanınmış müğənnilərimiz vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun olmur”.
İ.Əmirəliyev bildirib ki, ümumiyyətlə, musiqiçilərin, o cümlədən müğənnilərin şadlıq evlərində fəaliyyətinə nəzarət vergilər nazirinin əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi və gəlirlərin “Qeydiyyatı kitabı”nın doldurulması Qaydaları”na əsasən həyata keçirilir. Həmin qaydalara görə, musiqiçilərin əldə etdikləri gəlirlərin vergidən yayındırılmasının qarşısının alınması məqsədilə şənlik mərasimlərinin keçirildiyi bütün şadlıq evləri və digər əyləncə obyektləri xüsusi “Qeydiyyat kitabı” ilə təmin edilib.
Sözügedən sahədə gəlirlərin vergidən yayındırılmasının hansı formada baş verməsinə gəlincə İlham Əmirəliyevin sözlərinə görə, burada əsas problem müğənnilərin əldə etdikləri gəlirləri “Qeydiyyat kitabı”nda düzgün əks etdirməmələri, hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlıdır: “Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikamızın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bəzi hallarda “Qeydiyyat kitabı”nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi burada əks olunur. Müğənnilərin iştirak etdiyi tədbirlərin həm sayı, həm də onlara ödənilən qonorarların məbləği bir çox hallarda şübhə doğurur. Halbuki, gündəlik müşahidələrin nəticələri və kütləvi informasiya vasitələrində yer alan məlumatlar el şənliklərində musiqiçilərə ödənilən məbləğlərin qat-qat artıq olduğunu söyləməyə əsas verir”.
İdarə rəisi sonda “Vergidən yayınan bütün şəxslərə bildirmək istəyirəm ki, onların fəaliyyəti daim nəzarətdə saxlanacaq. Hər kəs vergi orqanına təqdim etdiyi bəyannamələrdə öz gəlirləri barədə məlumatı düzgün göstərməlidir. Əks təqdirdə, məsələn, sual şou-biznes nümayəndələri ilə bağlıdırsa, Vergi Məcəlləsinin 67-ci maddəsinə görə, qeydiyyat kitablarına əsasən müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunacaq. Bu isə büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq təkcə ciddi inzibati tədbirlərin həyata keçirilməsi ilə deyil, qanunvericiliklə nəzərdə tutulmuş digər daha sərt tədbirlərin də görülməsilə nəticələnəcək” deyib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

