Proqram Azərbaycan regionlarının daha da inkişafına xidmət edəcək
12.02.2014 [09:27]
“Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı” 2014-2018-ci illəri əhatə edəcək və 5 il ərzində Azərbaycanın regionlarında sosial infrastrukturun, sənayeləşmənin, aqrar sektorun və turizm sektorunun inkişafı üçün çox böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, artıq proqramın icraçıları, icra müddəti və bunu həyata keçirəcək rəsmi şəxslər müəyyənləşib: “Proqram öncəki proqramların davamıdır və o Azərbaycanın regionlarının daha da inkişaf etməsinə, regionda əhalinin sosial rifahının yüksəlməsinə, işsizliyin tamamilə aradan qaldırılmasına, yoxsulluğun minimum səviyyəyə endirilməsinə, rəqabət qabiliyyətli məhsulun yetişdirilməsinə və bu məhsulun emal olunaraq həm ölkə bazarında satışına, həm də xarici bazarlara ixrac olunmasına xidmət edəcək. Öncəki iki proqramda regionların sosial infrastrukturunun inkişafına önəm verilib. Belə ki, bu proqramlarda yolların çəkilməsi, körpülərin inşası, kommunikasiya xətlərinin yenilənməsi və ya yenidən çəkilməsi, sosial və sənaye obyektlərinin əsasının qoyulmasına diqqət yetirilib. Artıq regionların hamısında rəqabət qabiliyyətli məhsul istehsal etməyə yararlı iş yerlərinin açılması əhalinin sosial rifah halının gücləndirilməsinə təminat verə biləcək əmək haqqının və digər gəlirlərin formalaşmasına şərait yaratdı. Üçüncü proqramda isə xüsusilə əhalinin sosial rifahının yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilən layihələrə üstünlük verilib. Kənd təsərrüfatı sektorunun müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, bu sahədə ən son texnologiyanın tətbiq olunması ilə məhsuldarlığın artırılması, bununla da yerli emal sənayesinin yaradılması Azərbaycan məhsullarının xammal şəklində deyil, istehsal olunaraq yarımfabrikat və ya hazır məhsul şəklində dünya bazarına çıxarılmasına imkan yaradacaq”.
Proqramda daha bir mühüm məsələnin gənclərin məşğulluğunun və istirahətinin təmin olunması olduğunu deyən Musa Quliyev qeyd edib ki, burada urbanizasiya proseslərinin lokallaşdırılması da öz əksini tapıb: “Düşünürəm ki, kəndlərin ətrafında böyük yaşayış massivlərinin tikilməsi və digər massivlərin genişləndirilməsi artıq rayon yerlərində yaşayan insanların paytaxtda deyil, regionlarda məskunlaşmasına xidmət edəcək. Eyni zamanda regionlarda mövcud təhsil sisteminin genişləndirilməsi, yeni ali təhsil müəssisələrinin açılması, mövcud universitetlərin beynəlxalq arenaya çıxa biləcək şəkildə müasirləşdirilməsi prosesləri gedəcək. Yeni xəstəxanaların, uşaq baxçalarının, məktəblərin, mədəniyyət evlərinin, parkların tikintisi və təmiri də bu proqramda öz əksini tapıb”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

