SOCAR-AQŞ 2014-cü ildə ilk qazma işlərinə başlayıb
08.02.2014 [15:37]
Müəssisə 230 və 351 saylı quyularda tikinti işlərinə start verib
SOCAR-AQŞ DDSÖ 11-dən 230 saylı quyunun tikintisi işlərinə başlayıb. Qeyd edək ki, 230 saylı quyu “Günəşli” yatağının dayazsulu hissəsində “Fasilə” Lay Dəstəsinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq layihə dərinliyi 3230 metr təşkil edir. SOCAR-AQŞ əvvəllər olduğu kimi, bu quyunun tikintisi zamanı da əməyin təhlükəsizliyini, ekologiyanın qorunmasını, quyu tikintisinin keyfiyyətini, işlərin iqtisadi səmərəli olmasını və quyu tikintisinin vaxtından əvvəl yekunlaşdırılmasını əsas məqsədlər kimi qarşıya qoyub. Sifarişçi ARDNŞ-in “Azneft” İstehsalat Birliyidir. SOCAR-AQŞ “Azneft” İstehsalat Birliyinin sifariş etdiyi daha bir quyuda da - “Günəşli” yatağının dayazsulu hissəsində DDSÖ 13-dən 351 saylı quyunun tikinti işlərinə başlayıb. İnhirafı 1000 m təşkil edən 351 saylı quyunun “Fasilə” Lay Dəstəsinə (FLD) 3100 metr qazılması planlaşdırılır.
Xatırladaq ki, SOCAR-AQŞ MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Abşeron Qazma” Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması; quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hal-hazırda SOCAR-AQŞ Dayaz Sulu Günəşli yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. SOCAR-AQŞ, həmçinin, Bahar Enerji Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində 1 qazma qurğusu ilə qazma işləri aparır.
Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsinə görə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, API Q Plyus sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

