“Məqsədimiz kadrların bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin yüksəldilməsidir”
30.01.2014 [09:46]
Faiq Şahbazov: “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nda ümumilikdə altı istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub
Sürətlə qloballaşan dünyanın yeni aktual çağırışları idarəçilikdə insan resursları strategiyasının düzgün qurulmasını, bu sahədə innovasiyaların tətbiqini obyektiv zərurətə çevirib. Bu reallıqdan çıxış edən Vergilər Nazirliyi insan resursları sahəsində işini müasir tələblərə uyğun qurmağa çalışır. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi Faiq Şahbazov deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin 2013-cü il üçün illik tədris (təlim) qrafikinə əsasən, ötən il vergi orqanı əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən, üç ilkin hazırlıq kursu təşkil edilib. Qrafikə əsasən, “Dövlət vergi orqanlarında operativ vergi nəzarəti işlərinin təşkili”, “Dövlət vergi orqanlarında qeydiyyat və uçot işlərinin təşkili”, “Dövlət vergi orqanlarında vergi ödəyicilərinə xidmət işinin təşkili”, “Dövlət vergi orqanlarında kargüzarlıq və koordinasiya işlərinin təşkili” və digər aktual mövzularda keçirilmiş 23 təlim və 28 ixtisasartırma kursunda vergi orqanlarının 1190 əməkdaşının iştirakı təmin edilib. İdarənin rəhbər heyəti ilkin və ixtisasartırma kurslarının yekunu üzrə keçirilən imtahanların gedişinə ciddi nəzarəti təmin edib: “Vergi orqanı əməkdaşlarının müxtəlif dövlət qurumlarının, ali təhsil müəssisələrinin dəstəyi ilə keçirilən konfrans, treninq və seminarlarda iştirakı da peşə hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2013-cü ildə Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti-red.), Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi bu cür tədbirlərdə nazirliyin əməkdaşları fəal iştirak ediblər. Məsələn, nazirliyin səkkiz əməkdaşı Maliyyə Elm-Tədris Mərkəzində “Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikası qanunvericiliyinin və vergilərin rolu”, “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”, “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzuları üzrə ixtisasartırma kurslarında iştirak edib”.
F.Şahbazov onu da deyib ki, insan resurslarının inkişafı və idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi son illərdə nazirliyin fəaliyyətində mühüm yer tutur. Ötən illərdə formalaşmış müsbət ənənə əsasında vergi xidməti əməkdaşları beynəlxalq səviyyəli kurslara, seminarlara, treninqlərə göndərilirlər. Paralel olaraq Azərbaycanda təşkil olunan treninq və kurslara dünyanın insan resursları sahəsində ixtisaslaşmış peşəkar ekspertləri dəvət edilirlər.
İdarə rəisinin sözlərinə görə, “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası”na əsasən, Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmaq üçün mütərəqqi, mükəmməl və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılması işi davam etdirilməlidir. Belə bir sistemin yaradılması, ilk növbədə, insan resurslarının idarəedilməsi üzrə mövcud mexanizmin təkmilləşdirilməsini zəruri edir. “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın hazırlanması və təsdiq olunması da məhz bu zərurətdən irəli gəlir: “Tədbirlər Planında insan resurslarının inkişafı ilə bağlı nəzərdə tutulmuş işlərin əlaqələndirilməsi bizim idarəyə tapşırılıb. Nazirliyin aidiyyəti struktur və bölmələrinin rəhbərlərinə Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası ilə bağlı hər altı aydan bir (növbəti ayın 20-dən gec olmamaqla) İnsan resursları idarəsinə məlumat vermək tapşırılıb. İdarə 2015-ci il fevralın 20-dək bu sahədə görülmüş işlər üzrə yekun hesabat hazırlayaraq vergilər nazirinə təqdim edəcək. “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nda ümumilikdə altı istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İl ərzində vergi sistemi üzrə vəzifə təlimatlarının hazırlanması, insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin, habelə peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, orta menecerlərlə işin təkmilləşdirilməsi, işə qəbul prosesinin daha da şəffaf mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlərin icrası nəzərdə tutulub. Hesab edirəm ki, Tədbirlər Planı əsasında reallaşdırılacaq işlər vergi orqanlarında insan resurslarının inkişafına, kadrların bilik və bacarıqlarının, peşə vərdişlərinin yüksəldilməsinə yeni təkan olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

