"FİNCA Azerbaijan" gələn il ölkənin maliyyə bazarında daha da möhkəmlənmək niyyətindədir
30.12.2013 [16:46]
Azərbaycanın ən böyük mikromaliyyə təşkilatı olan "FİNCA Azerbaijan" bank xidmətləri göstərmək üçün müvafiq lisenziya almaq niyyətindədir və ümid edir ki, gələn il Mərkəzi Bank tərəfindən onların müraciətinə müsbət cavab veriləcək. Bu fikri "FİNCA Azerbaijan"ın ölkə üzrə yeni təyin olunan direktoru Timoti Tarrant ötən gün keçirdiyi mətbuat konfransında səsləndirib. Bank olmayan kredit təşkilatının bu il Azərbaycandakı fəaliyyətinin 15 ilinin tamam olduğunu qeyd edən natiq, rəhbərlik etdiyi qurumun hazırda Azərbaycanda ən böyük mikromaliyyə təşkilatı olduğunu vurğulayıb. O, həmçinin, qeyd edib ki, "FİNCA Azerbaijan" qeyri-bank kredit təşkilatı ötən 15 il ərzində Azərbaycanda icra etdiyi uğurlu fəaliyyətinin nəticəsində ölkənin bütün regionlarını əhatə edən 66 filial və sub-ofisləri vasitəsilə 150.000 nəfərdən artıq aktiv müştəriyə xidmət göstərib. Həmin filial və ofislərdə 1200-dən artıq işçi çalışır ki, bu da ölkədə işsizlik problemininin aradan qaldırılmasına bir növ təşkilatın verdiyi töhfədir. Qeyd olunub ki, indiyədək verilən kreditlərin 65 faizi regionları əhatə edib və müştərilərin 34 faizini isə qadın sahibkarlar təşkil edib. Həmçinin, qeyd edilib ki, "FİNCA Azerbaijan"ın 150.000-ci müştərisi də məhz qadındır. Cari ilin sonunadək "FİNCA Azerbaijan"ın gəlirlərinin 5faizdən artıq olacağının proqnozlaşdırıldığını deyən natiq, buna müvafiq olaraq gələn il üçün kredit portfelinin həcminin də artaraq təqribən 210 milyon ABŞ dolları olacağını qeyd edib. Bunun kifayət qədər böyük rəqəm olduğunu xatırladan T.Tarrant, "FİNCA Azerbaijan" hazırda ölkədə yalnız ən böyük mikromaliyyə təşkilatı deyil, eyni zamanda, sahibkarlara verdiyi kreditlərin həcminə görə ölkənin ən böyük bankları arasında yer aldığını da vurğulayıb.
Timoti Tarrant daha sonra qeyd edib ki, "FİNCA Azerbaijan"ın kifayət qədər imkanları var ki, 1 yanvar 2014-cü il tarixinədək öz nizamnamə kapitalını, Mərkəzi Bankın tələblərinə uyğunlaşdırsın, 50 milyon manata çatdırsın. Onun sözlərinə görə, Mərkəzi Bankdan müvafiq lisenziya aldıqdan sonra, "FİNCA Azerbaijan" öz müştərilərinə bütün növ bank xidmətləri göstərməyə başlayacaq. Buraya depozitlərin cəlb olunmasından tutmuş müxtəlif islehlak kreditlərinin verilməsi də daxil olacaq. T.Tarrantın sözlərinə görə, "FİNCA Azerbaijan" ölkəmizdə fəaliyyət göstərdiyi 15 il ərzində öz müştərilərinə 1 milyard ABŞ dollarından artıq məbləğdə kreditlər verib. Qeyd edək ki, "FİNCA Azerbaijan"ın filial və sub-ofislərinə müraciət edən müştərilər 20 min ABŞ dollarından 100 min ABŞ dollarınadək olan kreditləri 21 faizdən başlayan faizlərlə, eləcə də daha qısa müddət ərzində əldə edə bilirlər. Kreditlər üzrə ödənişlərin müştərilər üçün daha da rahat həyata keçirilməsini təmin etmək məqsədilə "FİNCA Azerbaijan" MilliÖN ödəniş sisteminə qoşulub. İndi təşkilatın müştəriləri ölkənin bütün regionlarında quraşdırılmış 800 ödəmə terminalları vasitəsilə kreditləri ödəyə bilirlər.
Tədbirdə, həmçinin, "FİNCA Azerbaijan"ın 150.000-ci müştərisinə-təşkilatın Naxçıvan filialından Kənd Krediti Qrupu məhsulu üzrə kredit götürmüş Məryəm Məmmədovaya xatirə hədiyyəsi təqdim olunub. Təşkilatdan artıq 4-cü dəfə kredit götürdüyünü qeyd edən Məryəm xanım, kənd təssərüfatı sahasində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. "FİNCA Azerbaijan" ilə əməkdaşlığın çox sərfəli olduğunu qeyd edən xanım sahibkar, öz həmkarlarını da bu təşkilatla əməkdaşlığa dəvət edib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

