Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb
02.04.2026 [20:38]
Dünya bazarlarında qızılın qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı müharibənin davam edəcəyinə dair açıqlamalarından sonra kəskin eniş göstərib.
AZƏRTAC xəbər verir ki, aprelin 2-si qızılın bir troya unsiyasının qiyməti 180,9 dollar azalaraq 4 632,2 dollar səviyyəsinə düşüb. Qeyd edək ki, qızıl əvvəlki dörd gün ərzində artım tendensiyası nümayiş etdirmişdi.
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların təsiri ilə qızıl əvvəlcə bahalaşsa da, sonrakı mərhələdə bazar dinamikası dəyişib. Bugünkü bahalaşma isə Donald Tramp aprelin 1-də etdiyi çıxışında “İranı çox sərt vuracağıq” bəyanatını səsləndirməsi ilə əlaqələndirilir.
Xatırladaq ki, mart ayının ortalarında qızılın qiyməti təxminən 10 faiz ucuzlaşıb, sonrakı həftələrdə isə aylıq itki 13 faizə çatdıqdan sonra yenidən bahalaşıb.
Həmçinin digər qiymətli metallar da ucuzlaşıb. Gümüşün qiyməti 2,9 faiz azalaraq 70,95 dollara, platinin qiyməti isə 1,8 faiz azalaraq 1928 dollar səviyyəsinə çatıb.
Ekspertlər bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəbi qlobal maliyyə sistemində baş verən dəyişikliklər və ABŞ dollarının möhkəmlənməsidir. Məlumata görə, qızılın “təhlükəsiz liman” funksiyası yeni iqtisadi şəraitdə müəyyən qədər zəifləyib.
Hazırda bazar qiymətləndirmələri daha çox müharibənin nə vaxt başa çatacağı ilə bağlı gözləntilərdən asılıdır. Bildirilir ki, Hörmüz boğazı üzərindən daşımaların faktiki dayanması və körfəz regionunda enerji obyektlərinə edilən hücumlar neft qiymətlərinin artmasına səbəb olub. Bu isə ABŞ-da istehsalçı qiymət indeksinin gözləntilərdən yüksək çıxmasına və ilin sonu üzrə inflyasiya proqnozlarının yüksəlməsinə gətirib çıxarıb.
Ekspertlər qeyd edir ki, bu amillər qızılı investorlar üçün daha az cəlbedici edir. Bazarlarda qeyri-müəyyənlik, aktivlərin ucuzlaşması və dolların möhkəmlənməsi fonunda investorlarda nağd vəsaitə tələbat artır və bu da qızıl satışlarını gücləndirir. Dollar tələbi artdıqca və real faiz dərəcələri yüksəldikcə qızıl investisiya aləti kimi əvvəlki cəlbediciliyini itirir. Həmçinin Hörmüz boğazının bağlı qalması və bunun yaratdığı iqtisadi nəticələr qızılın qiymətinə təzyiq göstərməkdə davam edə bilər. Lakin münaqişənin başa çatması və ya Hörmüz boğazının açılması ilə bağlı əlamətlər qızıl qiymətlərində yenidən artım üçün stimul yarada bilər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

