Qafqaz Universitetinin mexanika mühəndisliyi laboratoriyalar kompleksi istifadəyə verilib
10.12.2013 [09:27]
Dekabrın 9-da Qafqaz Universitetinin mexanika mühəndisliyi laboratoriyalar kompleksi istifadəyə verilib.
Laboratoriyalar kompleksi bp şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində bu şirkətin dəstəyi ilə yaradılıb.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
bp şirkəti ilə Qafqaz Universiteti arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayan rektor, bu əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirlərdən danışıb.
Professor Ə.Saniç universitetlərarası əlaqələrin vacibliyini də diqqətə çatdırıb.
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, dünya səviyyəli yerli mütəxəssislərin hazırlanması istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq edirik. Hazırlanan mütəxəssislər Xəzər regionundakı gələcək böyük layihələrimizə cəlb olunacaqlar.
Qeyd edilib ki, mexanika mühəndisliyi laboratoriyalar kompleksi üçün 1,3 milyon ABŞ dolları məbləğində vəsait xərclənib. bp şirkəti indiyədək universitetə iki fakültənin açılması və laboratoriyaların qurulması üçün layihələrə, ümumilikdə, 2,5 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Universitetdə müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanacağına əminliyini vurğulayan Q.Birrel müəllim və tələbələrə təhsildə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, bu xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayıb.
Dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdıran R.Abdullayev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin ayrı-ayrı ölkələrin nüfuzlu universitetlərində oxuduqlarını söyləyib.
Mexanika mühəndisliyi laboratoriyalar kompleksi barədə fikirlərini diqqətə çatdıran R.Abdullayev, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında onun mühüm rolu olacağını bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Nazir müavini Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, qazanılan uğurlar barədə fikirlərini də diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları ən müasir avadanlıqla təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyalar kompleksi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

