Biznesi stimullaşdıran siyasət
11.02.2026 [11:32]
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda edilmiş dəyişikliklərə əsasən, sahibkarlar üçün yeni strateji layihələr müəyyənləşib
Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, sahibkarların təqdim etdiyi strateji layihələr üzrə investisiya təşviqləri müəyyənləşib. Belə ki, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olacaq. Bu, sahibkarların dövlətdən daha böyük məbləğdə təşviq məbləği əldə etməklə investisiya imkanlarını artırmalarına dayanıqlı imkanlar yaradacaq.
Xatırladaq ki, investisiya təşviqi sənədi investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi məqsədilə müvafiq qanunlarda müəyyənləşdirilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu sənəd hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə imkan verir. İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50 faiz güzəştlə ödəyir, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar. Həmçinin müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad edilirlər.
2016-cı ildən başlayan təşviqedici addımlar
Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir hüquqi şəxs və fərdi sahibkar əvvəlcədən müəyyənləşdirilən tələblərə uyğun investisiya layihələri üzrə investisiya təşviqi sənədi ala bilər. İnvestisiya təşviqi sənədi İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı 3 əsas meyara cavab verən investisiya layihələrinə verilir:
* İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
* İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
* İnvestisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.
İnvestisiya təşviqi sənədinin təqdim olunması üçün müəyyən konkret meyarlar dövlət başçısının 2016-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilib və 10 ildir ki, biznes icması bu güzəştlərlə əhatə olunub. 2016-cı ildən 2025-ci ilin sonuna kimi 500-dən çox sahibkarlıq subyektinə 650-yə yaxın investisiya təşviqi sənədi təqdim edilib. Təşviq edilən layihələrin 13 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 87 faizi isə regionların payına düşüb. Təqdim olunan investisiya təşviqi sənədlərinin sahələr üzrə bölgüsü isə sənayedə 62,4 faiz, kənd təsərrüfatında 34,1 faiz, logistikada 1,8 faiz, turizmdə isə 1,7 faiz təşkil edib. Bununla yanaşı, investisiya təşviqi mexanizmi bir sıra sahələrin, o cümlədən qida, içki, tikinti materialları, rezin və plastik məmulatlar, hazır metal məmulatlar, avtomobil, bərpaolunan enerji istehsalı və digər sahələrin inkişafına təkan verib. İnvestisiya təşviqi sənədi verilən 400-dən artıq layihənin icrasına başlanılıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur.
Daha 6 il vergi-gömrük güzəştləri
Strateji investisiya layihələri təqdim edən sahibkarlara isə 2023-cü il yanvarın 1-dən 6 il ərzində yeni təşviq sənədi verilir. Həmin sənəd üzrə təşviqlər yerli xammal bazasına əsaslanan istehsal, özəl sənaye məhəllələri, bərpaolunan enerji mənbələri hesabına enerji layihələri, həmçinin, tullantıların idarə olunması və təkrar emal, dəniz suyunun duzsuzlaşdırılması layihələrinə şamil olunur. Son 3 ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin, dərman vasitələrinin və əczaçılıq məhsullarının, habelə hərbi təyinatlı məhsulların istehsalı layihələri də təşviq güzəştlərinə aid edilib.
2024-cü ildə isə “İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması”nda edilmiş dəyişikliyə əsasən, investisiya təşviqi sənədinin alınması üçün tələblər yumşaldılıb. Sahibkarlara təşviq sənədinin verilməsi üçün onların vergi ödəyicisi kimi uçota alınmaları haqqında şəhadətnamənin surəti tələbi ləğv edilib.
Sağlam və münbit investisiya iqlimi
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin mühüm prioritetlərindən biri biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması və sahibkarların istehsal sektorlarına sərmayə qoyuluşlarını, ixrac potensiallarını stimullaşdırmaqdır. Bu siyasət tədbirlərinə uyğun olaraq sahibkarlara bir sıra iqtisadi güzəştlər və təşviqlər edilir, institisional islahatlar yolu ilə onların geniş fəaliyyət göstərmələrinə münbit və sağlam mühit yaradılır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu ssenariyə uyğun olaraq biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub.
Son 20 ildə 170 milyard dollar həcmində xarici sərmayə
İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.
Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq etməkdədir. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.
Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi biznes sektorunun və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan investisiya marağını yüksəldir. Ümumilikdə, 2003-2025-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi təxminən 320 milyard dollar təşkil edib ki, onun 170 milyard dolları xarici investisiyalardır.
Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbediciliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7” qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

