Qızıl bazarındakı artım dünya texnologiya şirkətlərinə də təsir göstərib
29.01.2026 [22:14]
Dünya bazarında qızıl və gümüş qiymətləri rekord səviyyəyə yüksəlib. Bu tendensiya texnologiya şirkətlərinin süni intellekti gücləndirən infrastruktur layihələrinə əlavə investisiya qoymaları ilə üst-üstə düşüb. Eyni zamanda, dolların dəyərinin yenidən zəifləməsi qiymətli metalların qiymətinin artmasına təkan verib.
AZƏRTAC xəbər verir ki, hesabat dövrünü açıqlayan ilk şirkətlərdən olan “Meta Platforms Inc” bu il 110 milyard dollar civarında proqnozlaşdırılan investisiyanı 135 milyard dollara qədər artırdığını açıqlayıb. Şirkət gözləniləndən güclü satış proqnozu təqdim etdikdən sonra bazar sonrası ticarətdə səhmləri 6,6 faiz artıb.
Əksinə, “Microsoft Corp” daha yüksək xərcləmə planlarını və “bulud” xidmətlərində satış artımının yavaşlamasını açıqladıqdan sonra səhmləri ucuzlaşıb. Ümumilikdə, “S&P” 500 üzrə müqavilələr 0,3 faiz artıb. Asiya bazarlarında isə Cənubi Koreyanın “Kospi” indeksi yüksələn tendensiya göstərib. Avropanın Stoxx 600 indeksi isə nəticələr baxımından gərgin bir gündə artıb.
“BRI Wealth Management” şirkətinin baş investisiya direktoru Den Boardman-Ueston bildirib ki, süni intellektdən gələn böyük ajiotaj açıq-aydın görünür, lakin bazarlar xərclərə daha çox diqqət yetirir, çünki bu xərclər sürətlə artır. Bazar iştirakçıları xərcləmə və onun nəticələrinin nə qədər tez nəticə verəcəyindən narahatdır.
Bir sıra beynəlxalq analitiklər qızıl qiymətinin artımını İran amili ilə əlaqələndirir. “Vantage Markets” şirkətinin analitiki Hebe Çen “Bloomberg”ə açıqlamasında deyib ki, qlobal bazarlar inamsızlıq var. İran ətrafında artan geosiyasi gərginlik və dolların dəyişkənliyi makrorisklərin həll olunmamış qalması hissini gücləndirir və investorları ehtiyatlı olmağa vadar edir.
Dünya iqtisadiyyatında baş verən bu vəziyyət bəzi beynəlxalq şirkətlər üçün müsbət nəticə versə də, bəziləri gözlənilən gəliri əldə edə bilməyib. Məsələn, “Samsung”un çip bölməsi ötən ilin sonuncu rübündə proqnozları beş dəfədən çox üstələyərək yüksək mənfəət əldə edib.
“Tesla Inc.” isə dördüncü rübdə proqnozları üstələyərək yüksək mənfəət əldə etdiyini açıqlayıb və şirkətin rəhbəri İlon Musk süni intellekt şirkəti “xAI”ə 2 milyard dollar investisiya yatıracağını elan edib. Bununla belə, “Nokia Oyj”in dördüncü rübdə mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən təxminən 3 faiz azalıb.
“Euronews”a açıqlama verən xarici ekspertlər qızıl bazarındakı artımı şərh edərək bildiriblər ki, investorlar aktivlərini geosiyasi dəyişkənlikdən qorumaq üçün suveren istiqrazlardan və valyutalardan çəkirlər. Qızıl qiymətləri bu həftənin əvvəlində simvolik 5000 dollar həddini keçdikdən sonra yüksəlməyə davam edib. Gündəlik təxminən 4 faiz artan qızıl çərşənbə günü səhər Avropada 5300 dollardan yüksək qiymətləndirilir. Eyni zamanda, gümüş 6 faizdən çox artaraq unsiyası 113 dollara çatıb.
Analitik Soni Kumari bildirib ki, qızıl qiymətləri geosiyasi vəziyyət və ABŞ-dakı siyasi qeyri-müəyyənlik səbəbindən təhlükəsiz sığınacaq tələbi ilə artır. Bu vəziyyət maliyyə sisteminə inamı sarsıdır. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyi, artan dövlət borcları və qlobal ticarətin regional bloklara bölünməsi ilə bağlı narahatlıqlar fonunda aktivlərini riskli bazarlardan çıxararaq qiymətli metallara yönəldirlər. Qiymətli metalların əsas üstünlüyü onların faiz və dividend ödənişi tələb etməməsi, həmçinin inflyasiya və iqtisadi böhranlar zamanı dəyərini qoruma qabiliyyətidir. Son aylarda qızılın qiyməti 20 faizdən çox artıb və investorlar geosiyasi gərginliklərin davam etməsi fonunda aktivlərini təhlükəsiz sığınacaq kimi qızıl və gümüşə yönəldirlər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

