Ölkəmizdə kənd təsərrüfatında məhsuldarlıq artıb
07.11.2013 [09:23]
Azərbaycana idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının həcmi kəskin azalıb, ixrac məhsullarının həcmində isə artım qeydə alınıb
Məlum olduğu kimi, Azərbaycan dövləti ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb. Eyni zamanda, bu proses hazırda da davam edir.
Bütövlükdə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində istehsalın artımı qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin oktyabrın 1-nə olan məlumatına görə, dənli bitkilər səpilmiş sahələrdən qarğıdalı da daxil olmaqla, 2897,6 min ton məhsul götürülüb. Orta hesabla hər hektarın məhsuldarlığı 0,3 sentner artaraq 27,3 sentner olub.
Hesabat dövründə tarlalardan 983,8 min ton kartof, 1137,8 min ton tərəvəz, 530,1 min ton meyvə və giləmeyvə, 427,4 min ton bostan məhsulları, 104,3 min ton üzüm, 6,8 min ton pambıq, 474,5 ton yaşıl çay yarpağı, 2 667 ton tütün, 34,6 min ton şəkər çuğunduru, 17,7 min ton dən üçün günəbaxan toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4,9, kartof istehsalı 3,8, tərəvəz istehsalı 0,1, meyvə və giləmeyvə istehsalı 2,6, bostan məhsulları istehsalı 0,7, üzüm istehsalı 5 faiz artıb.
Bundan başqa, iribuynuzlu mal-qaranın baş sayı 2728,7 min başa, qoyun və keçilərin baş sayı isə 8 770,9 minə çatıb, bu dövrdə 358,1 min ton diri çəkidə ət, 1385,5 min ton süd, 1043,4 milyon ədəd yumurta, 16,3 min ton yun istehsal olub. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3,8 faiz, süd istehsalı 6,6 faiz, yumurta istehsalı 15,1 faiz, yun istehsalı 2,8 faiz artıb.
Onu da qeyd edək ki, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı mövsümlük nəzərə alınmaqla, ötən ilki səviyyədən 4,3, heyvandarlıq məhsulları istehsalı 5,5, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9 faiz yüksək olub. Kənd əməkçiləri, həmçinin, gələn ilin məhsulu üçün 541,9 min hektar sahənin torpağını şumlayıb, 39,2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Bu baxımdan dövlətin əsas hədəflərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsidir. Məsələn, təkcə Tovuzda fermerlər bu il sahələrdən ötən illə müqayisədə 16 min 307 ton çox məhsul toplayıblar. Noyabrın 5-nə olan statistikaya görə rayonun kartofçuluqla məşğul olan sahibkarları cari il 8 min 178 hektar sahədən 233 min 706 ton məhsul yığıblar. Hər hektardan orta məhsuldarlıq 285,3 sentner olub.
Yeri gəlmişkən, dövlət büdcəsindən Azərbaycanda sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Məsələn, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara ötən 10 ildə təxminən 1 milyard 200 milyon manatlıq güzəştli kredit ayrılıb ki, bu vəsaitin 83 faizi aqrar sektorun payına düşür. 2013-cü il ərzində sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulub ki, bu vəsaitin də böyük hissəsi kənd təsərrüfatı sektorunun payına düşür.
Qeyd edək ki, 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Bunun isə 84-ü aqrar sənaye kompleksləri, o cümlədən, 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisələridir.
Təbii ki, qarşıda duran vəzifələrdən biri də rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqdır. Məqsəd isə təkcə daxili tələbatı ödəmək deyil, eyni zamanda, ixrac edilən məhsulların çeşidinin artırılmasıdır. Məsələn, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu ilin 9 ayında Azərbaycandan 125,329 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz, 168,653 milyon dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub. Bitki və heyvan mənşəli piylər və yağların ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Cari ilin ötən müddətində Azərbaycandan ixrac olunan çay, şəkər və pambıq ipliyin dəyəri də artıb. Belə ki, hesabat dövründə təkcə çay ixracı 30,859 milyon dollar təşkil edib və bu, ötən ilə nisbətən 10,9 faiz çoxdur. Həmçinin, təhlil olunan dövrdə xaricə 186,888 milyon dollarlıq şəkər ixrac olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz çox olub. Pambıq ipliyə gəldikdə isə, bu məhsulun ixracı təxminən 2,1 dəfə artaraq 18,791 milyon dollara çatıb.
Əksinə Azərbaycana idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının həcmi kəskin azalıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ilin yanvar-sentyabr aylarında ölkəyə idxal olunan ət, meyvə-tərəvəz, kərə yağı, həmçinin, bitki və heyvan mənşəli piylər və yağların dəyərində azalma müşahidə olunub. Süd, şəkər, tütün və tütün məmulatlarının idxalının dəyərində isə artım var. Belə ki, bu ilin 9 ayında Azərbaycana 10,251 milyon ABŞ dolları dəyərində ət idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,2 faiz azdır. Eyni zamanda, hesabat dövründə Azərbaycana 21,899 milyon dollar dəyərində meyvə-tərəvəz idxal olunub ki, bu da 2012-ci ilin 9 ayı ilə müqayisədə 53,5 faiz az olub.
Beləliklə, ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Hazırda kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir.
SEVİNC
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
