Naxçıvanda dəmir yolu xəttinin tikintisi üzrə görüləcək işlər açıqlanıb
15.01.2026 [10:45]
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.
ADY-dən bildirilib ki, uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.
Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.
Dövlət Departamenti TRIPP layihəsinin icra çərçivəsinin qəbul edildiyini açıqlayıb
ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçün görüşüblər.
AZƏRTAC-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, qurum sənədin mətnini açıqlayıb. Bildirilir ki, bu sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır.
Qeyd olunur ki, çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir.
Vurğulanır ki, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirən TRIPP Trans-Xəzər Ticarət Marşrutunda vacib bir əlaqə yaradır.
“Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi TRIPP-in ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi regional ticarət və əlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, Amerika ticarətini daha da inkişaf etdirməkdir”,- deyə açıqlamada qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

