/ / Bakıda “Ofşor texnologiyalarında son nailiyyətlər, neft hasilatının artırılması” mövzusunda seminar keçirilib
Bakıda “Ofşor texnologiyalarında son nailiyyətlər, neft hasilatının artırılması” mövzusunda seminar keçirilib
31.10.2013 [09:40]
Oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və Norveçin “Statoil” şirkətinin birgə təşkilatçılığı ilə “Ofşor texnologiyalarında son nailiyyətlər, neft hasilatının artırılması” mövzusunda seminar keçirilib.
AzərTAc xəbər verir ki, seminarda çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda Norveç günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb, ölkəmizin neft sənayesinin tarixi, Xəzərin quruda və dənizdə olan neft və qaz yataqları haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycanda ilk dəfə neft 1847-ci ildən mexaniki üsulla qazılmış quyulardan hasil edilib. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb və həmin dövrdən Azərbaycanda neft sənayesinin əsası qoyulub. Bu inkişaf nəticəsində 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilib ki, bu da dünya neft hasilatının 50 faizdən çoxunu təşkil edib. 1941-ci ildə Azərbaycan neftçiləri tərəfindən rekord miqdarda - 23,5 milyon ton neft hasil edilib. Bu rəqəm həmin dövrdə Sovet İttifaqında çıxarılan neftin 76 faizi demək idi. 1949-cu ildə isə “Neft daşları”nda 942 metr dərinlikdə qazılan gündəlik hasilatı 100 tondan çox olan 1 nömrəli quyu qazılıb. Bu yataq dünyada açıq dənizdə kəşf edilmiş ilk yataq olaraq tarixə düşüb, bununla da Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlayıb.
Qeyd olunub ki, bu günədək Azərbaycanda 75 müxtəlif neft və qaz yatağı kəşf edilib ki, onlardan 49-u quruda, 26-sı isə dənizdə yerləşir. Sentyabr ayının 1-nə olan məlumata əsasən, ölkəmizdə 1 milyard 815 milyon ton neft və 585 milyard kubmetr qaz hasil edilib.
Sonra Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberq çıxış edərək seminarın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
“Statoil” şirkətinin Azərbaycandakı nümayəndəsi Tanguy Cosmoa və “İNTSOK” şirkətinin regional direktoru Haakon Skrettinq Norveçin neft və qaz sənayesi haqqında təqdimatla çıxış ediblər.
Seminar Norveçin müxtəlif şirkətlərinin nümayəndələrinin təqdimatları ilə davam etdirilib. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

